05:55 27 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
CƏMİYYƏT
Qısa URL
83 0 0

Paytaxtda kiçik oğurluq hadisələrinin sayı iki dəfə artıb

BAKI, 10 yanvar — Sputnik. Yanvar ayı başlayandan bu günə qədər paytaxtda 279 oğurluq hadisəsi qeydə alınıb. Bu, şəxsi və dövlət əmlakının oğurlanması faktlarının əksəriyyətini xırda oğurluqlar təşkil edir.

Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bu qanun pozuntularından 24-ü "isti izlərlə" açılıb. Bununla yanaşı, yanvarın əvvəlindən indiyə qədər ötən il ərzində baş vermiş oğurluq hallarının 14-nün üstü açılıb.

Təkcə ötən sutka ərzində Bakıda 42 oğurluq və iki quldurluq hadisəsi qeydə alınıb.

Səbail rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Neftçilər prospektində yerləşən Park Bulvar Ticarət Mərkəzində oğurluq hadisəsi baş verib. Ticarət Mərkəzindəki mağazalardan birinin kassasından naməlum şəraitdə min manat oğurlanıb. 1982-ci il təvəllüdlü Səbinə Məmmədova bu barədə polisə şikayət ərizəsi ilə müraciət edib. O qeyd edib ki, oğurluq yanvarın 7-dən 8-nə keçən gecə baş verib. Hələlik faktla bağlı heç kəs saxlanılmayıb. İstintaq tədbirləri görülür.

Bununla yanaşı, Xətai Rayon Polis İdarəsinə daxil olan məlumata görə, rayon ərazisində cibgirlərin fəallığı artıb. Onlar əsasən marşrut avtobuslarında camaatın ciblərini soyurlar.

Xətai RPİ-dən verilən məlumata görə, yanvarın 8-də 81 nömrəli marşrutda 2001-ci il təvəllüdlü Gülşən Qurbanova soyulub. Naməlum şəxs onun çantasından mobil telefonunu oğurlayıb. Elə həmin gün 36 saylı marşrutun sərnişini Süniyə Babayevanın içində 370 manat, bank kartları və şəxsiyyət vəsiqəsi olan pul kisəsi oğurlanıb.

Əlaqədar

Bakıda səfirlik işçisinin evindən oğurluq olub
"Papanin"də qeyri-adi oğurluq baş verib
Bakıda qəribə oğurluq baş verib: Oğrular üçün müqəddəs heç nə qalmayıb
Azərbaycanlı Rusiyada oğurluq etdi, bəxti gətirmədi

Əsas mövzular