BAKI, 25 dekabr — Sputnik. Dekabrın 25-i günorta saatlarında cəbhənin Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
© AR Ministry of DefenseErmənistana məxsus PUA məhv edilib
Ermənistana məxsus PUA məhv edilib
Sputnik Azərbaycan-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, PUA Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərirmiş. Silahlı Qüvvələrimizin bölmələri PUA-nı vaxtında aşkar edərək məhv ediblər.