00:58 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
138 0 0

Ə.Salahzadə "Azərsu"nun əməkdaşı Elbəy Mirzəyevi döyməkdə təqsirli bilinir

BAKI, 20 dekabr — Sputnik. Bu gün Nəsimi rayon Məhkəməsində Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin kiçik oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam edib. Sputnik Azərbaycan olke.az-a istinadla xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasda Əlihüseyn Salahzadənin 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verilib.

Xatırladaq ki, ötən iclasda prokuror çıxış edərək, Ə.Salahzadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş Elbəy Mirzəyev isə məhkəmədə hər hansı şikayət və tələbinin olmadığını deyib və şikayət ərizəsini geri götürüb.

Onu da bildirək ki, Əlihüseyn Salahzadə bir müddət əvvəl həbs edilib. O, Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ə.Salahzadə "Azərsu"nun əməkdaşı Elbəy Mirzəyevi döyməkdə təqsirli bilinir.

Əlaqədar

Şeyx aeroportda saxlanıldı: üstündə saxta pasport və...
Şeyxin qudası həbs oluna bilər - Xüsusi ittiham
Şeyxin oğlunun Azərbaycanı niyə tərk etdiyi bəlli oldu
Qafqaz Müsəlmanları İdarəsi Şeyxin oğlu ilə bağlı bəyanat yaydı
Allahşükür Paşazadənin oğlu barədə ilginc açıqlama: "Şeyx çox pərişan idi... "
Teqlər:
Hacı Qalib Salahzadə, Hacı Allahşükür Paşazadə, oğul, Nəsimi rayon Məhkəməsi, Cinayət Məcəlləsi, həbs

Əsas mövzular