20:53 13 Dekabr 2017
Canlı yayım
Azərbaycan prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba ASAN həyat Kompleksinin açılışında

Prezident İlham Əliyev cəza tədbirlərindən danışdı

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
CƏMİYYƏT
Qısa URL
11 0 0

Prezident İlham Əliyev: “Korrupsiyaya qarşı mübarizə aparırıq, cəza tədbirləri, inzibati tədbirlər görülür”

BAKI, 7 dekabr — Sputnik. "ASAN xidmət" korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitədir. Əlbəttə ki, bu bəla ilə bütün ölkələr mübarizə aparmalıdır, o cümlədən Azərbaycan. Biz mübarizə aparırıq, cəza tədbirləri, inzibati tədbirlər görülür".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba "ASAN həyat" Kompleksinin açılışında deyib.

"Amma ən çox effekt verən, ən səmərəli tədbirlər sistem xarakterli tədbirlərdir, institusional tədbirlərdir. "ASAN" bu məsələni də öz üzərinə götürüb. Bütün dövlət qurumlarında vətəndaşlara münasibət, öz işinə olan məsuliyyətli yanaşma "ASAN"dakı kimi olmalıdır. "ASAN" bu gün təkcə Azərbaycanı tanıtdıran və təbliğ edən milli brendimiz deyil, "ASAN" bu gün Azərbaycanda yeni, müasir, mədəni, xalqımızın mentalitetinə xas olan dəyərləri tətbiq edir, onları təbliğ edir və beləliklə, ictimai həyatda "ASAN"ın çox böyük rolu var. Əminəm ki, bu mərkəzin çox uğurlu fəaliyyəti olacaq. Çünki hər yeni mərkəzdə yeniliklər var. Hər dəfə yeni mərkəzin açılışında olarkən yeni ideyalar, innovasiyalar haqqında mənə məlumatlar verilir və hər bir yeni mərkəz daha da geniş funksiyalara malik olur. Əminəm ki, Quba "ASAN xidmət" Mərkəzi bütün vətəndaşlara — təkcə Quba sakinlərinə deyil, ətraf rayonların sakinlərinə də, — bu mərkəzdən 500 min əhali istifadə edə bilər, — çox yaxşı xidmət göstərəcək" — deyə o vurğulayıb.

Əsas mövzular