BAKI, 24 noyabr — Sputnik. Azərbaycanda tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması ilə bağlı bələdiyyələrə səlahiyyət verilir. Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında məlumat evrilib.
Qeyd olunub ki, ikinci oxunuşda qəbul edilən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsində tədbirlərdə bələdiyyələrin aktiv iştirakı nəzərdə tutulub.
Parlamentdə üçüncü oxunuş üçün hazırlanan qanun layihəsində isə bələdiyyələrə əlavə səlahiyyət verilir, yəni bələdiyyələr tədbirləri təşkil edəcək.