10:46 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Əlləri bağlı qız, arxiv şəkli

Bərdədə adam oğurluğu: qızı mağazadan apardılar

CC0 / zseeee / Hands
CƏMİYYƏT
Qısa URL
9401

18 yaşlı qızı mağazadan qaçırıblar

BAKI, 16 noyabr — Sputnik. Bərdədə 18 yaşlı qızın oğurlanması faktı ilə bağlı cinayət işi başlanıb. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, noyabrın 10-da rayonun Şahvəllər kənd sakini, 1999-cu il təvəllüdlü Tərgül Əhmədli mağazadan qaçırılıb.

Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında dərhal araşdırmalara başlanıb.

Araşdırmalar nəticəsində T. Əhmədlinin rayon sakinləri Ayşən Arif qızı Məmmədova və Allahverdi Vahid oğlu Məmmədov tərəfindən qaçırılması müəyyən edilib.

Faktla bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu — bir qrup şəxs və ya dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Əlaqədar

Bakıda min manatlıq adam oğurluğu baş verdi
Elşən Mustafayev Sumqayıtda oğurluq edərkən yaxalandı
Oğurluğun cəzası heç 40 dəqiqə çəkmədi
Xalq artistinin evindən oğurluq etdi, ardınca da özünü öldürmək istədi
Bank hesablarından oğurluq edənlər ələ keçdilər
Teqlər:
Rayon Polis Şöbəsi, adam oğurluğu, Bərdə, Cinayət Məcəlləsi

Əsas mövzular