01:34 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
CƏMİYYƏT
Qısa URL
34 0 0

ASAN xidmət 10 – 24 noyabr Qax şəhəri və Qaradağ rayonunun Ələt qəsəbəsində olacaq

BAKI, 15 noyabr — Sputnik. Səyyar "ASAN xidmət" 15 noyabr – 4 dekabr tarixində Neftçala şəhərində və 16 noyabr – 5 dekabr tarixində Qobustanın Pirəkəşkül qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

"ASAN xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səyyar avtobuslar 27 oktyabr – 25 noyabr Yevlax və Biləsuvar şəhərlərində, 30 oktyabr – 28 noyabr Salyan şəhərində, 10 – 24 noyabr Qax şəhəri və Qaradağ rayonunun Ələt qəsəbəsində, 10 noyabr – 9 dekabr Şəmkir şəhərində vətəndaşların xidmətində olacaqlar.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Əlaqədar

"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri - iş günü olacaq
Səyyar "ASAN xidmət" bu gündən Lökbatan və Binədə
İlham Əliyev "ASAN xidmət"in fəaliyyətində dəyişiklik etdi
"ASAN kommunal" mərkəzində 3 yeni xidmət göstəriləcək
"ASAN xidmət" işləməyəcək
Teqlər:
Şəxsiyyət vəsiqələri, avtobuslar, ümumvətəndaş pasportları, Notariat fəaliyyəti, Səyyar ASAN xidmət, xidmət

Əsas mövzular