İndiyədək DYP-nin Yol Patrul Xidməti avtomobilləri əsasən BMW və KİA markalı maşınlar olub
BAKI, 15 noyabr — Sputnik. Azərbaycanda yol polisinə yeni avtomobillər verilib. Sputnik AzərbaycanAPA-ya istinadla xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti bölüyünə təqdim olunan son model "Mercedes" AMG C43 markalı yeni avtomobillər məhdud saydadır.
Dövlət Yol Polisinin Yol Patrul Xidməti əməkdaşları üçün verilmiş "Mercedes" AMG C43 markalı avtomobil
Qeyd edək ki, indiyədək Dövlət Yol Polisinin Yol Patrul Xidməti avtomobilləri əsasən BMW və KİA markalı maşınlar olub. Qeyd edək ki, "Mercedes" AMG C43 markalı maşının satış qiyməti 100 min manatdan bahadır.
1990-cı ildə 20 Yanvar şəhidlərinin xatirəsinə ilk abidə Azərbaycanın cənubunda qoyulub. Amma bu abidə qoyulandan bir il sonra onun təşəbbüskarı müəmmalı şəkildə 35 yaşında dünyasını dəyişib