06:09 25 Noyabr 2017
Canlı yayım
Boğaza dirənmiş bıçaq, arxiv şəkli

Bakıda qanlı gecə: 3 nəfər bıçaqlandı, birinin boğazını kəsmək istədilər

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
243 0 0

Bakıda bir gecədə üç nəfərin həyatına qəsd edilib

BAKI, 14 noyabr — Sputnik. Noyabrın 13-də gecə saatlarında Sabunçu rayonunda qanlı cinayət baş verib. Nəticədə iki nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Sabunçu qəsəbəsində, əslən Zəngilan rayonundan olan, əvvəllər AR Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə məhkum edilmiş 1986-cı il təvəllüdlü Paşayev İlham Adil oğlu və eyni maddə ilə əvvəllər məhkum edilmiş 1987-ci il təvəllüdlü Bakı sakini İsmayılov Mahir Etibar oğlu naməlum şəraitdə çoxsaylı bıçaq zərbələri alıblar.

Ekspertlər yoxlama zamanı Paşayevin bədəninin müxtəlif hissələrində çoxsaylı bıçaq xəsarətləri aşkar ediblər. Cinayətkarlar İsmayılovun boğazını kəsməyə cəhd ediblər. Hər iki yaralı hazırda ağır vəziyyətdə 3 saylı şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsindədir. Onların vəziyyəti istintaq orqanlarına ifadə almaq imkanı vermir.

Lakin ilkin araşdırma zamanı məlum olub ki, sözügedən şəxslərə əvvəllər məhkum edilmiş Məhərrəm adlı şəxs bıçaqla hücum edib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəli şəxs zərərçəkənləri öldürmək məqsədi güdüb. Bunu zərərçəkənlərin dərin yaralar alması da sübut edir. Rayon prokurorluğu bu cinayəti qətl törətməyə təşəbbüs kimi təsnifləşdirib.

Məlum olub ki, kişilər arasında münaqişə şəxsi münasibətlər müstəvisində baş verib. Hazırda polis cinayətkarın şəxsiyyətini araşdırmağa və onu saxlamağa cəhd edir.

Sağlamlığa ağır zərər vurmaya dair daha bir fakt isə Nərimanov rayonunda qeydə alınıb. Ötən gün saat 21:05-da Sity Hospital-a 1974-cü il təvəllüdlü şəhər sakini Babayev Vahid Ayaz oğlu ağır vəziyyətdə gətirilib. Onun kürəyinə bıçaq zərbəsi endirilib. Faktla bağlı heç kəs saxlanılmayıb. Hətta Babayevin hansı şəraitdə bıçaq zərbəsi alması da məlum deyil.

Qeyd edək ki, bu ayın əvvəlindən başlayaraq paytaxtda sağlamlığa qəsdən ağır zərər vurma ilə bağlı 8 fakt qeydə alınıb. 117 xuliqanlıq hadisəsi qeydə alınıb ki, onun da demək olar, yarısını bıçaqlama təşkil edir.

Əlaqədar

Bu dəfə qadın kişiyə balta yox, bıçaq zərbəsi endirdi
Abşeronda mahnı üstündə "zakaz" davası düşdü, müğənni bıçaqlandı
Bıçaqlı şəxs bağçada uşaqları girov götürdü
Bakıda nazirliyin əməkdaşını bıçaqladılar
Ər arvadına yeddi bıçaq zərbəsi endirdi
Teqlər:
keçmiş məhbus, qanlı gecə, bıçaqlanma, Cinayət Məcəlləsi, hüquq-mühafizə orqanları

Əsas mövzular