08:54 20 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
12210

Xalxal kəndinin məhəllələrində 7 su şəbəkəsinin quraşdıdılması nəzərdə tutulsa da, sonradan sakinlərin istəyi üzərinə onların sayı 25-ə çatdırılıb

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 25 oktyabr — Sputnik. İllərdir içməli su baxımdan böyük problemlər yaşayan Oğuz rayonun Xalxal kəndinin sakinləri artıq şəffaf və ekoloji təmiz su içə biləcəklər. Sovet dövründən bu günə kimi insanlar içməli su kimi çaylardan və arx sularından istifadə ediblər. Bu da özü-özlüyündə müəyyən problemlərlə, xəstəliklərlə nəticələnib.

Oğuz rayonunun Xalxal kəndinə içməli suyun verilməsi mərasimi
© Sputnik / Ilham Ahmadov
Oğuz rayonunun Xalxal kəndinə içməli suyun verilməsi mərasimi

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, həmin dövrdə dəfələrlə aidiyyatı qurumlara müraciət olunmasına baxmayaraq, problem bu yaxınlara kimi həllini tapmayıb. Bu günə kimi sakinlərin istifadə etdiyi suyu bəziləri maşınlarla gətirib, digərləri isə məcburən çirkli sudan istifadə ediblər.

Oğuz rayonunun Xalxal kəndinə içməli suyun verilməsi mərasimi
© Sputnik / Ilham Mustafa
Oğuz rayonunun Xalxal kəndinə içməli suyun verilməsi mərasimi

Bütün bunları nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti Dünya Bankının maliyyə dəstəyi ilə min nəfərdən artıq insanın yaşadığı Xalxal kəndinə 7 km məsafədən su xəttinin çəkilməsini həyata keçirib. Bu gün həmin xəttin açılışı həyata keçirilib.

Dövlət Xidmətinin təşəbbüsü və Dünya Bankının maliyyə dəstəyi ilə son illər Oğuz rayonunda onlarla sosial layihələr icra olunub. Xüsusən kənd infrastrukturunun yaxşılaşmasına yönələn bu layihələrdə sakinlərin rifahının yaxşılaşdırılması önə çəkilib. Layihəyə əsasən Xalxal kəndinin məhəllələrində 7 su şəbəkəsinin quraşdırılması nəzərdə tutulsa da, sonradan sakinlərin istəyi üzərinə onların sayı 25-ə çatdırılıb.

Əsas mövzular