02:03 18 Oktyabr 2017
Canlı yayım
İşıqforda dayanan avtomobillər

Yol polisi mühüm səlahiyyətindən məhrum edilə bilər

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
1171 0 0

Bakı Nəqliyyat Agentliyi şəhər yollarındakı tıxac probleminin həlli üçün cüzi sərmayə tələb edir

BAKI, 13 oktyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıdakı 159 işıqforun onların sərəncamına verilməsini istəyir. Bu barədə Sputnik Azərbaycan-a BNA-dan bildirilib.

BNA nümayəndəsi qeyd edib ki, hazırda agentliyin sərəncamında 150 işıqfor var: "Qalanları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Siqnal" idarəsinin yol polisləri tərəfindən idarə olunur. Bununla əlaqədar olaraq, demək olar işıqforların yarısına Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən nəzarət etmək mümkün deyil. Öz növbəsində bu, nəqliyyat agentliyinin işinə, xüsusilə paytaxtdakı tıxacların aradan qaldırılmasına cəhdlər zamanı az problem yaratmır".

Paytaxtın Ziya Bünyadov prospekti
© Sputnik / Irade CELIL

Bakı küçələrinin yüklənməsindən azad olmaq üçün BNA-nın baş direktoru Vüsal Kərimli bu layihəni minimal sərmayələrlə reallaşdırmaq niyyətindədir. Bunun üçün əvvəlcə tez-tez tıxacların yarandığı şəhər yollarının analizi həyata keçirilməlidir.

Layihə Bakının mərkəzindəki 74 yol kəsişməsini, eləcə də Tbilisi prospektindəki, Şərifzadə küçəsindəki, Heydər məscidi qarşısındakı, üçüncü mikrorayon, "20 yanvar" dairələrindəki və s. yol kəsişmələrini əhatə edir. Əlavə olaraq 17 yeni yolüstü piyada keçidinin tikilməsi planlaşdırılır.

Artıq bununla bağlı tender də elan edilib. BNA hələlik yeni piyada keçidlərinin harada qoyulacağı barədə məlumat verməyib. Bundan əlavə, BNA 1100 piyada keçidində monitorinq aparıb. Nəticədə o qənaətə gəlib ki, bu konstruksiyaların üçdə biri, daha doğrusu 398-i yenidən planlaşdırılmalıdır.

"Ekspertlərin iştirakı ilə keçirilən monitorinq zamanı 32 yeraltı piyada keçidində sağlamlıq məhdudiyyətləri və ya əlilliyi olan insanların hərəkəti üçün uyğunsuzluqlar aşkar edilib. Paytaxt yollarında pandusların olmaması da bir başqa problemdir. Baxmayaraq ki, uzun illər bunun üçün dövlət büdcəsindən külli miqdarda vəsaitlər ayrılıb" — qurumdan bildirilib.

"Buna görə də, BNA səkilərin üzərinə yerləşdirmək üçün 534 pandusun alınması proseduruna başlayıb. Əlavə olaraq Bakıda yeni yol nişanlarının da quraşdırılması nəzərdə tutulur" — BND-dan əlavə olunub.

Qeyd etmək lazımdır ki, bu və digər məsələlər AR Nazirlər Kabinetinin iclasında müzakirə edilib. V. Kərimli bu iclasda prezident İlham Əliyevdən paytaxt yollarının idarə edilməsi ilə bağlı iri layihələrin reallaşdırılmasına dəstək verməyi xahiş edib.

Əlaqədar

Allahverənov: “İctimai nəqliyyatdakı problemlər ənənəvi xarakter daşıyır”
Nəqliyyat problemlərinin həlli üçün addımlar atılır
İctimai nəqliyyatda daha bir yenilik
Daha bir nəqliyyat növü elektron gediş kartlarına keçir
Nəqliyyat sektorunda qiymət artımı
Dəmir yolu nəqliyyatında gediş haqları artırılır
Teqlər:
pandus, işıqfor, BNA, piyada, DYP, Bakı Nəqliyyat Agentliyi, yol polisi, tıxac, küçə, avtomobil

Əsas mövzular