05:56 27 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
CƏMİYYƏT
Qısa URL
29201

"AR Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin ictimai müzakirəsi keçirilir

BAKI, 29 sentyabr — Sputnik. Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə, cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamına əsasən "AR-nın Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin ictimai müzakirəsi keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, müzakirələrdə komitə üzvləri, dövlət orqanlarının nümayəndələri, qeyri-hökumət təşkilatları iştirak edirlər.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev qanun layihəsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, qanunvericiliyin təkmilləşdirilməsi vacibdir. Sərəncamda penitensiar sistemin təkmilləşdirilməsi də nəzərdə tutulur. Qeyd edib ki, peşəkar cinayətkarlığa qarşı ciddi mübarizə aparılmalıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev bildirib ki, qanun layihəsi hüquqi islahatların davamı kimi qiymətləndirilməlidir: "Cəza siyasətinin liberallaşdırlması, qanunvericilik bazasının təkmilləşdirilməsi baxımından bu, çox mühüm təşəbbüsdür".

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Vüsal İsayev bildirib ki, azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinə əlavə edilib: "Əvvəllər bu cəza var idi, amma sonradan çıxarılıb. Yeni cəza növünün isə mahiyyəti də dəyişdirilib. Layihəyə əsasən, 34 cinayət üzrə cəza müddəti aşağı salınacaq".

Əlaqədar

Türkiyənin tanınmış şəxslərindən Azərbaycana qarşı ağır cinayət
Milli Məclisin deputatının keçmiş fəaliyyəti ilə bağlı cinayət işi açıldı
Rüstəmxanlı: “Bakının cinayətkarlardan təmizlənməsi şərəfli tarixdir”
Sabiq prezidentə qarşı cinayət işi açılıb
İki maddə ilə cinayət işi başlandı
Teqlər:
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikası, Milli Məclis, cinayət, cəza, prezident

Əsas mövzular