13:07 23 Noyabr 2017
Canlı yayım
Азербайджанские манаты разного номинала

Əhalinin sosial şəraitinin yaxşılaşdırılması üçün ayrılan maliyyə artır

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
20 0 0

Sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9868,5 milyon manat və ya əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 0,1 faiz çox vəsait yönəldilib

BAKI, 15 sentyabr — Sputnik. 2017-ci ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9868,5 milyon manat və ya əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 0,1 faiz çox vəsait yönəldilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumatda bildirilir ki, vəsaitin 5969,9 milyon manatı neft sektoruna, 3898,6 milyon manatı isə qeyri-neft sektoruna yönəldilib, ümumi sərmayənin 72,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 78,7 faizi məhsul istehsalı obyektlərinin, 16,0 faizi xidmət sahələri üzrə obyektlərin, 5,3 faizi isə ümumi sahəsi 1117,2 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 39,0 faizini təşkil edib. 

Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 69,8 faiz, bank kreditləri 11,8 faiz, büdcə vəsaitləri 11,8 faiz, əhalinin şəxsi vəsaitləri 4,5 faiz, büdcədənkənar fondların vəsaitləri 1,4 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil edib.

2017-ci ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 2136 şagird yerlik 4 ümumtəhsil məktəb binası, 224 yerlik məktəbəqədər təhsil müəssisəsi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 96 şagird yerlik ümumtəhsil məktəb binası, Bakı şəhərində Bakı Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, "Pirallahı" Günəş Elektrik Stansiyası, Pirşağı-Novxanı və Binəqədi-Novxanı avtomobil yolu, Yevlax şəhərində Varvara balıqartırma və balıqyetişdirmə zavodu, Balakən rayonunda Balakən Su Elektrik Stansiyası, Gədəbəy rayonunda limonad zavodu, 35/10 kilovoltluq "Gədəbəy" elektrik yarımstansiyası, Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzi, Qax rayonunda 110/35/10 kilovoltluq elektrik yarımstansiyası, Saatlı rayonunda 110/35/10 kilovoltluq "Sarıcalar" elektrik yarımstansiyası, Şəmkir rayonunda "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzi, "Şəmkir Aqroparkı"nın Logistika Mərkəzi, "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı, Zaqatala rayonunda "Bəhmətli" elektrik yarımstansiyası və s. obyektlər istifadəyə verilib.

Əlaqədar

Erməni deputatlar Azərbaycana gəlirlər
Naxçıvan əhalisinin gəlirləri artıb
Ölkəmizdə "Youtube" gəlirlərindən vergi tutulmasına başlandı
Azərbaycan əhalisinin gəlirləri 8 dəfə artıb
ATƏT müşahidəçiləri regiona gəlirlər
Teqlər:
Nərimanov rayon Məhkəməsi, Bakı Ali Neft Məktəbi, Dövlət Statistika Komitəsi, Zaqatala rayonu, Şəmkir rayonu, Pirallahı rayonu, Balakən rayonu, Cocuq Mərcanlı kəndi, Cəbrayıl rayonu

Əsas mövzular