21:36 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
63 0 0

"İntihar fikri birdən-birə yaranmır, insan yavaş-yavaş depressiv vəziyyətə düşür və çıxış yolu axtarır..."

BAKI, 8 sentyabr — Sputnik. "Özünəqəsdlərin, intiharların öz spesifikası var. Dünya statistikasına görə, intiharlar, əsasən şimal və cənub bölgələrində baş verir. Azərbaycan şərq bölgəsində yerləşdiyi üçün belə halların sayı az idi. Amma son dövrlər, təəssüf olsun ki, bu sayda artım hiss edilir".

Sputnik Azərbaycan Multimedia Mərkəzində intiharların qarşınını alınmasına həsr edilmiş tədbir
© Sputnik / Anar Mustafayev
Psixoloq Azad İsazadə

Bu gün Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən tədbirdə, psixoloq Azad İsazadə belə açıqlama verib. Onun sözlərinə görə, intihar fikri birdən-birə yaranmır: "İnsan yavaş-yavaş depressiv vəziyyətə düşür və çıxış yolu axtarır. Tapa bilməyəndə dünyasını dəyişmək fikrinə düşür".

"Onların daxilində güclü ağrılar olur. Bundan başqa ani intihar qərarı da mövcuddur. Belə vəziyyətlərdə insanlar ani qərar verir. Bu da onun səbrinin son damlası olur. Misal üçün deyə bilərəm ki, hər il yay aylarında bir neçə abituriyent qəbul olmadığı üçün intihar edir. İmtahandan kəsilmə axırıncı damla olur. Bundan öncə isə həmin insanlarda aylarla yığılıb qalan fikirlər olur" — psixoloq bildirib.

Sputnik Azərbaycan Multimedia Mərkəzində intiharların qarşınını alınmasına həsr edilmiş tədbir
© Sputnik / Anar Mustafayev
Jurnalist Ramella İbrahimxəlilova

Kriminal xəbərlər üzrə ixtisaslaşmış jurnalist Ramella İbrahimxəlilovanın sözlərinə görə, son illər borclara görə intiharların sayı artıb: "Hər il ölkəmizdə 500-dək intihar hadisəsi baş verir. Bunun 200-220-si qadınların payına düşür".

Əlaqədar

Qaxda ağlasığmaz intihar
DİN rəsmisindən intihar edənlərlə bağlı ilğinc açıqlama
Yaşlı kişinin intiharının səbəbi bilindi
Gənc qadının intihara cəhdinin qarşısı alındı
Qullar kəndinin sakini intihar etdi
İntihar edən iki uşaq atasının tükürpərdən məktubu
Teqlər:
özünəqəsd, intihar, psixoloq, insan, jurnalist

Əsas mövzular