CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlikdən müəllimlərə geyim tövsiyəsi

© Sputnik / Anar MustafayevBakıda orta məktəbdə dərs prosesi
Bakıda orta məktəbdə dərs prosesi - Sputnik Azərbaycan
Abunə olmaq
Zaqatala və Balakəndə müəllimlərə bəzək əşyalarından istifadə tövsiyə edilmir

BAKI, 7 sentyabr — Sputnik. Balakən və Zaqatala rayon Təhsil şöbələri bu rayonlarda çalışan müəllimlərə vahid geyim forması tələbi qoyulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Təhsil şöbələrindən APA-ya daxil olan açıqlamada bildirilib ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində Zaqatala və Balakən rayonlarındakı ümumtəhsil məktəblərində müəllimlərə vahid geyim forması tələbi qoyulması barədə məlumat yer alıb. Məlumatda qeyd olunub ki, tələbə əməl etməyənlər dərsə buraxılmayacaq.

Bununla bağlı bildirilib ki, bu məlumat tamamilə yanlışdır, heç bir məktəbə belə tələb qoyulmayıb. Direktorların və müəllimlərin iclasında müəllimlərin geyimlərinin vahid formada deyil, pedaqoji fəaliyyətə uyğun olması barədə tapşırıq verilib, şagirdlərin fikrini yayındırdığına görə bəzək əşyalarından istifadə etməmək tövsiyə olunub.

Xəbər lenti
0