21:38 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
794 0 0

Yarmarkadan heyvan alıb kəsdirməklə yanaşı, hazır kəsilmiş heyvanların ətini də kiloqramla almaq mümkündür

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 1 sentyabr — Sputnik. Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri, Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Bakı şəhərində qurbanlıq heyvanların satış yarmarkalarını təşkil edib. Yarmarkalarda ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan DKTİM MMC-lərdə yetişdirilən xırdabuynuzlu erkək heyvanlar satışa çıxarılıb.

Yarmarkalar paytaxtın 4 müxtəlif rayonunda təşkil edilib. Sputnik Azərbaycan-nın əməkdaşı "Keşlə bazarı"nda təşkil olunan yarmarkadakı vəziyyətlə maraqlanıb.

Burada müxtəlif rayonlardan gətirilmiş heyvanlar satışıa çıxarılıb. Satıcı Nazim İbrahimovun sözlərinə görə, bu il alıcı kütləsi daha çoxdur və daha çox operativlik tələb olunur.

"Düzdür, nazirliklər əməkdaşlar ayırıb, amma satışı çatdırmaq olmur. İş çoxdur" — o deyir.

Satıcı bildirir ki, heyvanlarin qiyməti onların çəkisinə uyğun müəyyən olunub: "Diri qoçu çəkirik, kiloqramını 10 manata satırıq. Amma təmiz ət satanda kilqoramı 11-12 manatdan hesablanır. Məsələn, 25 kiloqramlıq qoyunu bütöv halda 250 manata satırıq. Amma alıcı təmiz çəki istəsə, qoyun kəsilir, təmizlənir, ayaqları-başı, dərisi və içalatı götürüldükdən sonra 11-12 manatdan ətin qiyməti hesablanır. Belə baxanda eyni qitmət edir".

  • Qurbanlıq bazarı
    Qurbanlıq bazarı
    © Sputnik / Irade JELIL
  • Qurbanlıq bazarı
    Qurbanlıq bazarı
    © Sputnik / Irade JELIL
  • Qurbanlıq bazarı
    Qurbanlıq bazarı
    © Sputnik / Irade JELIL
  • Qurbanlıq bazarı
    Qurbanlıq bazarı
    © Sputnik / Irade JELIL
  • Qurbanlıq bazarı
    Qurbanlıq bazarı
    © Sputnik / Irade JELIL
1 / 5
© Sputnik / Irade JELIL
Qurbanlıq bazarı

İbrahimovun sözlərinə görə, alıcılar çox vaxt təmiz ət qiymətinə almağa üstünlük verirlər: "Bizim heyvanlarımız təmiz Beyləqan heyvanlarıdır. Ən kiçiyinin çəkisi 22, ən böyüyü isə 28 kiloqram gəlir. Alıcılar çox vaxt qoyunu kəsdiirb təmiz ətin pulunu verirlər".

Digər satıcı Elvin Abdulov satışın iki gün davam edəcəyini diqqətə çatdırıb: "Bizim heyvanlar daha kiçikdir. Ən balacası 15, ən böyüyü 20 kiloqram gəlir. Kiloqramı 10 manatdır. Təmiz əti 10 manat 50 qəpiyə verərik".

Onuda qeyd edək ki, satış yarmarkası 3 hissədən ibarətdir: Bazarın önündə diri heyvanlar satılır, içəridə kəsilir, mağazalarda isə xalis ət satılır. Yarmarkadan heyvan alıb kəsdirməklə yanaşı, hazır kəsilmiş heyvanların ətini də kilqoramla almaq mümkündür. Ətin kiloqramı 11-13 manat arasında dəyişir.

Mağazaların arxasında, kəsim bölümündə laboratoriya yerləşir. Orada çalışan nəzarətçi həkimlə görüşmək istədim. Lakin köməkçisi "həkim xəstədir, başı ağrıyır" deyib məni içəri buraxmadı.

Diqqətə çatdıraq ki, heyvanların kəsilməsi 5 manat, kəsilməsi, təmizlənməsi və doğranması isə 10 manatdır. Alıcıların əksəriyyəti qiymətdən narazı olmasa da, bütöv heyvan almağa gücü çatmayıb, əliboş geri qayıdanlar da az deyildi.

Bakı şəhər sakini Azad Əliyev deyir ki, qiymət bir az daha ucuz olsaydı, almaq olardı: "Heyvanı alıb, özün kəssən, daha yaxşıdır. Burada adama salamı da pulla verirlər. Gücümüz çatmadı bütöv qoyun almağa, ət aldıq. İnşallah, gələn il".

Bu arada, bazarda nazirliklərin nümayəndələrini soruşsaq da, satıcılar "bura heç br nəzarətçi yoxdur" dedilər.

Allah qurbanlarınızı qəbul etsin!

Əlaqədar

Azərbaycanda “Qurban bayramı”: qurban kəsmək ritualı
Qurban bayramında paytaxtda terror törətmək istəyənlər tutuldu
Qurban bayramında konsert veriləcək
İlahiyyatçı: “Qurani-Kərimdə qurban sözü heyvan kəsmək mənasında işlədilmir”
Nazirlikdən xəbərdarlıq: Hadisə Qurban bayramı günü baş verəcək
Teqlər:
"Keşlə bazarı", kiloqram, çəki, satıcı, Qurban bayramı, alıcı, Kənd Təsərrüfatı Nazirliyi, ət, heyvan, yarmarka, qiymət

Əsas mövzular