21:33 19 İyul 2018
Canlı yayım
  • RUB0.0270
  • USD1.7000
  • EUR1.9801
Darçın, arxiv şəkli

Darçının inanılmaz faydası

CC0 / santarina81 / Cinnamon
CƏMİYYƏT
Qısa URL
585 0 0

Darçın orqanizmdə piyin yığılmasını ləngidir və ürək xəstəliklərinin riskini azaldır

BAKI, 30 avqust — Sputnik. Alimlər yeni araşdırma zamanı aşkar ediblər ki, darçın orqanizmdə piyin yığılmasını ləngidir və ürək xəstəliklərinin riskini azaldır.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən xəbər verir ki, alimlər bunu siçovulların üzərində aparılmış eksperimentlər nəticəsində aşkar ediblər. 12 həftə ərzində siçovullara yağlı qidalar verilib. Bu müddət ərzində siçovulların bir qrupunun qidasına darçın əlavə olunub, digər qrupuna yox.

Eksperimentin sonunda məlum olub ki,  darçın alan siçovullar daha az çəki yığıb və onların qarnında piy qatı daha azdır. Həmçinin onların qan analizlərində olan şəkər, insulin, yağların səviyyəsi daha aşağıdır.

Bundan əvvəl keçirilmiş araşdırmalar göstərib ki, darçın beyini demensiya (ağıl zəifliyi) və Parkinson xəstəliyinən qoruyur, kolorektal xərçəngin müalicəsində kömək edir, ürəyin sağlamlığına müsbət təsir edir.

Darçını istənilən qidalara və içkilərə (çay, qəhvə) əlavə etmək olar. Darçını toz şəklində deyil, borucuqlar şəklində alin. İstifadə etdikdən əvvəl darçının kiçik tikəsini kəsin və qida və ya içkiyə əlavə edin.

Əlaqədar

İbn Sinanın sağlamlıq qaydaları hələ də aktualdır
Bu eynəkləri taxmaq sağlamlığınıza ciddi ziyan vura bilər
Ramazan ayında sahurda necə sağlam qidalanmaq lazımdır?
Güclü küləyin insan sağlamlığına mənfi təsirləri
Ürəyin və böyrəklərin sağlamlığını istəyirsinizsə...
Teqlər:
piy, ürək, darçın, xəstəlik

Əsas mövzular