CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki qurum arasındakı çəkişmə vətəndaşların "başında çatladı"

© Sputnik / Fuad HəsənovAbşeron Gənclər Şəhərciyindən bir görünüş
Abşeron Gənclər Şəhərciyindən bir görünüş - Sputnik Azərbaycan
Abunə olmaq
Sakinlər bildirir ki, onlar özləri “Azərişıq” ASC-nin abonentidir və “Akkord”un “Azərişıq”a borclu olmasının məsuliyyətini onlar daşımamalıdır

BAKI, 30 avqust — Sputnik. Akkord Şirkətlər Qrupu tərəfindən inşa olunmuş “Abşeron Gənclər Şəhərciyi"ndəki mənzillərə elektrik enerjisinin verilişi dayandırılıb. Şəhərciyin rəhbərliyindən sakinlərə bildirilib ki, "Akkord" Şirkətlər Qrupunun “Azərişıq” ASC-yə borcu olduğu üçün şəhərciyin elektrik enerjisi dayandırılıb. Sakinlər bildirir ki, onlar özləri “Azərişıq” ASC-nin abonentidir və “Akkord”un “Azərişıq”a borclu olmasının məsuliyyətini onlar daşımamalıdır.

Məsələ ilə bağlı "Azərişıq" ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Sputnik Azərbaycan-a bildirdi ki, "Abşeron" Gənclər Şəhərciyində yaşayan sakinlər özləri birbaşa "Azərişıq" ASC-nin abonenti deyil: "O ərazinin sakinləri hələ bizim abonent deyil, bizim abonent MTK-dır. Pulu da onlardan MTK yığır və bizə də MTK ödəyir. Onların işığını da MTK kəsir. Bu problem orda hər zaman olur. Binalar tam təhvil veriləndən sonra orada yaşayanlar bizim abonent olacaq. İndiki hələ ki, bizim abonentimiz MTK-dır".

Xəbər lenti
0