Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Polisi qətlə yetirdi, özü xəstəxanaya düşdü

CC0 / markusspiske / knifeУдар ножом, фото из архива
Удар ножом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda fakt üzrə Binəqədi rayon prokurorluğu tərəfindən başladılmış araşdırma davam etdirilir

BAKI, 14 avqust — Sputnik. Bu il avqustun 3-də qardaşı, Çevik Polis Alayının əməkdaşı, polis sejantı Əliyev Murad Ramazan oğlunu qətlə yetirmiş Bakı sakini ələ keçib. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından xəbər veriblər.

Xatırladaq ki, qətl paytaxtın 9-cu mikrorayonunda, Murad Əliyevin yaşadığı ünvanda baş verib. Axşam saat 5 radələrində Əli Əliyev qardaşına ürək nahiyəsindən üç bıçaq zərbəsi endirərək hadisə yerindən qaçıb.

Ötən bazar günü axtarışa verilmiş Əli Əliyev Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 7 saylı Şəhər Kliniki Xəstəxanasında aşkar edilib. Məlum olub ki, avqustun 11-də Əliyev Qaradağ rayonunun ərazisində huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya gətirilib. Əliyev qardaşının qətlindən sonra özünü öldürməyə cəhd edib.

Hazırda fakt üzrə Binəqədi rayon prokurorluğu tərəfindən başladılmış araşdırma davam etdirilir.

Xəbər lenti
0