21:22 23 Avqust 2017
Canlı yayım
Quba rayonunun Birinci Nügədi kəndindəki məscid

Dünyada ilk plastik pəncərə Azərbaycanda olub: sübut

© Sputnik / Leyla Abdullayeva
CƏMİYYƏT
Qısa URL
1700 0 0

Qubadakı "Allahın evi" təhlükəli vəziyyətdədir

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Azərbaycanın tarixi memarlıq abidələri ilə zəngin olması hər kəsə məlumdur. Bu abidələrin sırasında öz memarlıq üslubları ilə fərqlənən məscidlər də var. Məscidlər həm də inanclı insanların ibadət yeridir. Belə məscidlərdən biri də Quba rayonunun Birinci Nügədi kəndində yerləşən məsciddir. Qədim tarixə malik olan məscid hazırda təhlükəli vəziyyətdədir.

Məscidin imamı Hacıbalayev Anar İmadəddin oğlu Sputnik Azərbaycan-a yüz ildən artıq ömrü olan Nügədi məscidin bugünkü durumundan danışıb.

2011-ci ildən məscidin imamı kimi fəaliyyət göstərən Hacıbalayevin sözlərinə görə, məscid 1905–ci ildə tikilib. Bu, ölkənin şimalında Osmanlı üslubunda tikilən yeganə tikilidir. İkimərtəbəli olması və ikinci mərtəbənin, eləcə də gümbəzin iki sütun üzərində dayanması, məscidin əsas fərqli cəhətidir. Onun digər özəlliyi isə məsciddən öncə minarəsinin tikilməsi olub. Minarə məsciddən təxminən 10 il əvvəl tikilib. Deyilənə görə, ilk dəfə minarə məscid ilə eyni vaxtda tikilib. Amma görüblər ki, məscid kiçikdir və bura gələnlərin sayı isə çoxdur. Odur ki, məscidi söküb yenidən ikimərtəbəli tikiblər, minarə isə olduğu kimi qalıb. Bu səbəbdən də minarənin məsciddən 10 il əvvəl tikildiyi qeyd olunur.

  • Quba rayonunun Birinci Nügədi kəndindəki məscid

1 / 9
© Sputnik / Leyla Abdullayeva
Quba rayonunun Birinci Nügədi kəndindəki məscid

İmamın dediyinə görə, sovet dönəmindəki bir çox məscidlər kimi Nügədi məscidinin də fəaliyyətinə qadağa qoyulub. Zamanla bura kinoklub, idman zalı və anbar kimi fəaliyyət göstərib. Anbar kimi fəaliyyət göstərən vaxt məscidin taxta döşəmələri sökülüb atılıb və üzlük daşlarla əvəz edilib. Məscidin dam örtüyü eroziyaya uğradığı üçün, 1986–cı ildə təmir olunub. Dam örtüyü dəyişdirilib, xarici fasadları yenilənib. Lakin içəri tərəfi təmir olunmayıb. Azərbaycan müstəqillik əldə edəndən sonra məscidin fəaliyyəti bərpa edilib. Lakin hazırda məscid qəzalı vəziyyətdədir. Onun təcili bərpaya ehtiyacı var.

Məscidin imamı bərpa işləri ilə əlaqədar bir neçə quruma müraciət etdiklərini bildirib: "Dəfələrlə Dini Komitəyə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişik. Mədəniyyət və Turizm Nazirliyinə müraciət etməyimizin səbəbi isə məscidin tarixi abidə kimi nazirliyin qeydiyyatında olmasıdır. Nazirlikdən nümayəndələr gəlib, məscidin şəkillərini çəkiblər, smetasını da hazırlayıblar. Deyiblər ki, təmir olunacaq. Lakin 7 il keçməsinə baxmayaraq, heç bir dəyişiklik yoxdur".

Kənd camaatı öz hesablarına təmir işlərinə təşəbbüs göstəriblər. Onlar eroziyaya uğramış taxta pəncərələri plastik pəncərə ilə əvəz ediblər. Lakin Xaçmaz regional Mədəniyyət və Turizm İdarəsindən bildiriblər ki, bu tikili tarixi abidə olduğu üçün, plastik pəncərələr məscidin görünüşünə xələl gətirir.

Amma qəzalı vəziyyətdə olmasına baxmayaraq, sakinlər məsciddən istifadə edirlər. Onlar yaxın zamanlarda məscidin əsaslı təmir ediləcəyinə inanırlar.

Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin Quba rayonu üzrə baş məsləhətçisi Fuad Orucov isə Sputnik Azərbaycan-a məscidin təmiri barədə deyib: "Biz də idarə olaraq nazirliyə müraciət etmişik. İndiyədək müraciətimizə heç bir cavab gəlməyib."

Fuad Orucov kənd camaatının məscidi özbaşına təmir etməsinə niyə icazə verilmədiyinə belə aydınlıq gətirib:

"Bu məscid tarixi memarlıq abidəsidir. Orada peşəkar memarlar işləməlidir ki, məscidin tarixiliyini qorumaq mümkün olsun. Məscidin təmiri zamanı edilən hər bir xırda nöqsan bu abidənin memarlığına zərbə ola bilər. Bu səbəbdən də icazə verilməyib".

Əsas mövzular