CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tələbələrin ölümünə səbəb olan şəxsə hökm oxundu

Abunə olmaq
Sürücü Namiq Hüseynov 5 il müddətinə sürücülük hüququndan məhrum edilməklə, 10 il müddətinə azadlıqdan məhrum edilib

BAKI, 1 avqust — Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.

Sürücü Namiq Hüseynov 5 il müddətinə sürücülük hüququndan məhrum edilməklə, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub.

Xəbər lenti
0