18:46 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
CƏMİYYƏT
Qısa URL
230010

Almaniyadan Vətənə döndükdə, orada saxladıqları pişiklərə də sənəd düzəldərək özü ilə gətirib

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 27 iyul — Sputnik. Yüzədək pişiyə sahiblik etmək, heç bir gəliri, mənfəəti olmadan onlara qulluq etmək hər kəsin bacardığı iş deyil. Mingəçevir sakini Arzu Mahmudova isə, bütün çətinliklərə, əziyyətlərə baxmayaraq böyük bir pişik ordusuna sahiblik edir.

Bina evində yaşamasına baxmayaraq, neçə illərdir sahibsiz pişikləri mənzilində bəsləyir. Heç bir yerdə işləməyən Arzu xanım, ayda pişiklərin yeməyinə 40-50 manat xərcləyir.

Arzu Mahmudovanın həyətindəki pişiklər
© Sputnik / Ilham Mustafa
Arzu Mahmudovanın həyətindəki pişiklər

A. Mahmudovanın sözlərinə görə, bir müddət Almaniyada yaşayıb və Vətənə döndükdə, orada saxladıqları pişiklərə də sənəd düzəldərək özü ilə gətirib Mingəçevirə. Sonradan sahibsiz pişiklər də ev sahibinin mərhəmətini görərək, onun evinə axın edib. Şəhər sakinlərinin, azdırmaq istədikləri ev heyvanlarını da gətirib bu binanın yaxınlığına buraxmaları, getdikcə pişiklərin sayını daha da artırıb.

Arzu xanım, pişiklər çoxaldıqca onlara baxmağın çətin olduğunu, buna maddi imkanının da çatmadığını bildirir. Lakin onları azdırmağa, evə buraxmamağa mərhəməti yol vermir.

Əlaqədar

Kişi sənəti ilə məşğul olan qadın: "Bu bıçaqla..."
Yaşlı qadın həkimləri heyrətə saldı
"Onun qadını olacaqdım, 15 iyul hadisələri imkan vermədi"
Qadın ailəsindəki toyu yasa döndərdi
Bakıda falçı qadın tutuldu
Teqlər:
Arzu Mahmudova, sahib, Mingəçevir, pişik, qadın, ev

Əsas mövzular