03:57 24 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8952
Yaşayış evi

Kirayənişin üç ay müddətinə kirayə haqqını ödəməsə...

© Sputnik / Anar Mustafayev
CƏMİYYƏT
Qısa URL
125610

Bu yeniliyin Azərbaycanda tətbiq olunması müsbət hesab edilir

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 7 iyul — Sputnik. Türkiyənin sığorta şirkətləri ölkə vətəndaşlarına yeni məhsul təklif etməyə başlayıb. Söhbət kirayə sığortasından gedir.

Bu yenilikdən, daşınmaz əmlakını — evini və ofisini kirayəyə verənlər faydalana biləcək. Belə ki, kirayənişin 3 ay müddətində kirayə haqqını ödəmədikdə, əmlak sahibinə dəymiş zərəri sığorta şirkəti ödəyəcək.

Kirayə sığortasının qiyməti yüksək olsa da, yeni məhsul bazarda yaxşı qarşılanıb. Artıq yüzlərlə əmlak sahibi onu almaq üçün sığorta şirkətlərinə müraciət edib.

Mustafa Abbasbəyli, sığorta eksperti
© Photo : STR
Mustafa Abbasbəyli, sığorta eksperti

Kirayə sığortası hesabına təkcə kirayə haqqı deyil, kirayənişinin ödəməkdən imtina etdiyi kommunal xidmətlərin haqqını da sığorta şirkətlərindən almaq mümkündür. Bunun üçün sığortaçılara əlavə haqq ödəmək lazımdır.

Qeyd edək ki, kirayə sığortası ABŞ-da, eləcə də bir sıra inkişaf etmiş Avropa ölkələrində geniş tətbiq olunur. Bəs Azərbaycanda da kirayə sığortasının tətbiq edilməsi nə dərəcədə aktual və realdır?

Məsələ ilə bağlı sığorta eksperti Mustafa Abbasbəyli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, kirayə sığortası Azərbaycanda da tətbiq olunur və bu, əmlak sığortasıdır: "Əvvəllər bizdə kirayə sığortası olurdu. Yəni, kirayənişinin evə vurduğu zərəri sığorta şirkəti ödəyirdi. Amma indi ona kirayə haqqının ödənilməməsini də əlavə etmək olar. Bu, normal və maraqlı sığorta növüdür. Bu sığorta növü Azərbaycanda maraqla qarşılana bilər".

Onun fikrincə, bu sığorta növünün mahiyyəti ondan ibarətdir ki, kirayə və ya icarə müqaviləsi bağlansın: "Kirayənişin tərəfindən icarə haqqı ödənilmədikdə, həmin zərəri sığorta şirkəti qarşılayır və sığorta şirkəti də subroqasiya qaydasında həmin məbləği kirayənəşindən geri almaq hüququ əldə edir, məhkəmə qaydasında, mülki qaydada onu geri almağa çalışır. Amma kirayə verənin hüququ pozulmur. Kirayə verən öz itirdiyi məbləği sığorta şirkətindən vaxtında alır. Daha sonra sığorta şirkəti isə həmin məbləği kirayənişindən geri almağa çalışır".

Ekspertin sözlərinə görə, bunun Azərbaycanda tətbiqi üçün əlavə heç nəyə ehtiyac yoxdur: "Yəni, bu, xüsusi bir sığorta növü deyil ki, qanunla tənzimlənsin. Bu, adi əmlak sığortasıdır və bunu digər maliyyə risklərinin sığortası kimi də qiymətləndirmək olar. O da ki, Azərbaycanda qadağan edilməyib. Bunun sığorta növləri də var və bu sığorta növü ilə məşğul olan sığorta şirkətləri də az deyil".

UNEC-in professoru Nizami Xudiyev
© Photo : UNEC
UNEC-in professoru Nizami Xudiyev

"Yəni, haradasa bütün sığorta şirkətlərinin maliyyə risklərindən sığortalanması üçün lisenziyaları var. Bu, adi bir sığorta məhsuludur. İstənilən sığorta şirkəti belə bir sığortanı etmək istəsə, əlavə bir tədbir görülmədən, əlavə bir qanun çıxmasını gözləmədən bunu edə bilər" — M. Abbasbəyli bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru, iqtisad elmləri doktoru Nizami Xudiyev isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, sığorta məhsulları o qədər çevik bir alətdir ki, onun istənilən formasını dövrün tələblərinə uyğun tətbiq etdikdə effekt, səmərə verir: "Məsələn, hazırda Türkiyədə turizmin inkişafı, ofislərin icarəyə verilməsi məsələsi gündəmə gəlib, aktualdır. Ola bilər, bu məsələ Türkiyə üçün aktual olduğu qədər Azərbaycan üçün aktual olmasın. Yəni, hər məhsulun tətbiqinin öz yeri, məkanı, seqmenti var".

Onun sözlərinə görə, bunun Azərbaycan, xüsusən Bakı şəhəri üçün nə dərəcədə əhəmiyyətli olacağı ilə bağlı müəyyən araşdırma aparılmalı, statistik məlumatlar toplanmalı, icarəyə verilən yerlərin gəlirlilik səviyyəsi və s. bu kimi göstəricilər öyrənildikdən sonra elmi fikir söyləmək mümkündür: "Ancaq ümumi baxımdan fikrim budur ki, bazarda tələbat varsa, istənilən sığorta növünün, məhsulunun tətbiq olunması müsbət hal kimi qarşılanmalıdır".

"Məsələn, kənd təsərrüfatı sığortası Azərbaycan üçün nə dərəcədə mühüm əhəmiyyət daşıyır. Lakin, onun tətbiqi imkanları baxımından bizdə müəyyən ziddiyyətlər, çatışmamazlıqlar var. Ona görə kənd təsərrüfatı sığortasına sığorta şirkətləri həvəslə getmir" — N. Xudiyev vurğulayıb.

UNEC aliminin fikrincə, sığorta o dərəcədə geniş imkanlara malik bir sahədir ki, burada kirayənin, kommunal xidmətlərin sığortasından, bank əməliyyatlarında kreditin qaytarılmaması ilə bağlı sığortadan söhbət gedə bilər: "Ona görə də hər hansı bir sığorta növünü tətbiq etməkdən ötrü ilk növbədə onun mexanizmi haqqında ciddi elmi araşdırma aparmaq lazımdır. Sonra onun uzun ömürlü olması və yaxud tətbiq edilib, lakin, icrası prosesində müəyyən ziddiyyətlərin olması aşkarlana bilər".

Əlaqədar

İraqlı turist Bakıda qaldığı kirayədə ölü tapılıb
Kirayənişinin qətli məsələsi xüsusi nəzarətə götürüldü
Oğlan kirayənişin qızı öldürüb, onu müdafiə edənləri isə yaralayıb
Obamanın canı kirayələrdən qurtardı
"Hürrəm Sultan"ın kirayə verildiyi məkan
Kirayənişin mənzil sahibini bu səbəbdən öldürdü
Teqlər:
Nizami Xudiyev, kirayə, sığorta, Mustafa Abbasbəyli, Sputnik Azərbaycan, vətəndaş, Türkiyə, şirkət

Əsas mövzular