23:13 23 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Şabalıd ağacı

Həyəcan siqnalı: Böyük sərvətimizi itirmək üzrəyik

CC0 / ariesa66 / Chestnut leaves
CƏMİYYƏT
Qısa URL
1722654

Şimal-qərb bölgəsində şabalıd ağacları kütləvi şəkildə qurumağa başlayıb

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 9 iyun — Sputnik. Respublikanın şimal-qərb bölgəsində şabalıd ağacları məhv olma təhlükəsi ilə üz üzə qalıb. Sakinlərin sözlərinə görə, şabalıdın yetişdiyi əsas rayonlardan biri olan Qəbələ, tezliklə bu sərvətini itirə bilər.

Yaşından asılı olmayaraq, şadalıd ağacları kütləvi şəkildə quruyur. Bu vəziyyət uzun zamandan bəri davam etsə də, problemin səbəbini tapmaq mümkün deyil.

Yerli əhali bu vəziyyəti əvvəlcə Qəbələ RLS-in fəaliyyəti ilə əlaqələndirib. "İndi o da yoxdur. Ancaq ağaclar yenə quruyur. Biz isə heç nə edə bilmirik. Təcili tədbir görülməsə, tezliklə ağacların hamısı quruyacaq. Şabalıd Qəbələnin sərvəti sayılır. Bu ağaclar qurusa, bilmirik necə olacaq" – Qəbələ sakini, kənd təsərrüfatı mütəxəssisi Abbas Əliyev danışır.

Dediyinə görə, problem, sadəcə Qəbələni əhatə etmir və yalnız şabalıd ağacları ilə bağlı deyil: "Güman olunur ki, şabalıd ağaclarının quruması iqlimlə əlaqədardır. Artıq bu, beynəlxalq problemə çevrilib. Bütün dünyada şabalıd ağaclarının quruması prosesi müşahidə olunur. Üstəlik, quruyan yalnız şabalıd ağacları da deyil. İqlim digər meşə və bir sıra meyvə ağaclarına da təsir edib".

Hazırda Qəbələdə, yaşı 10 əsrlə ölçülən və əhalinin əsas gəlir mənbələrindən biri olan şabalıd ağacları var. Onlar xüsusi mühafizə olunsa da, istiyə qarşı dözümsüzdür. Rayonda yaşı 800-1000 il olan qədim şabalıd ağacları xüsusi mühafizə olunaraq, nadir təbiət abidəsi kimi qorunur. Meşələrdə və həyətyanı sahələrdə, hündürlüyü 30-40 metrə çatan irigövdəli şabalıd ağacları mövcuddur.

Şabalıd
Şabalıd

Qurumaya qarşı tədbir kimi, hazırda ağacların sayının artırılması üçün ardıcıl işlər görülür. Bu il rayonda Dövlət Meşə Fondunun ərazisində, hektarlarla sahədə, keyfiyyətli və iri meyvəsi olan xandıx şabalıdının minlərlə tingi əkilib. Həmçinin fərdi təsərrüfatlarda 10 hektara yaxın sahədə şabalıd ağacları əkilib.

Qeyd edək ki, Qəbələnin dağətəyi kəndlərində şabalıd əhalinin əsas gəlir mənbəyidir. Mıxlıqovaq kənd sakini Fəxrəddin Vəliyev kişi deyir ki, ən çox məhsul verən ağaclar 300 kiloqrama qədər məhsul verə bilir. Onun sözlərinə görə, ağacın yetişməsi, bar vermə dövrü, müddəti də təxminən 10 ildən sonra başlayır.

"Proses yavaş-yavaş gedir. 10 ildən sonra ağac məhsul verməyə başlayır və məhsuldarlıq tədricən artır" – müsahibimiz bildirir.

Bu kəndin digər sakini Səfa Əmirovanın sözlərinə görə, şabalıd ağacının gövdəsi 2-2.5 metrə, hündürlüyü isə 45 metrə qədər olur: "Hazırda ağaclarda sürətli quruma müşahidə edirik. Deyilənə görə, bu da iqlimin dəyişməsi ilə bağlıdır. Bəlkə Yer üzündə ümumi temperaturun artması həmin ağaclara təsir edib".

Yerli aqronomlar da qurumanın qarşısını almağın çətin olduğunu deyirlər. Füzuli Qəbərovun sözlərinə görə, iqlimlə əlaqədar müəyyən xəstəliklər meydana çıxıb: "Camaat da buna qarşı müəyyən addımlar atır. Məsələn, hər il yeni meyvə bağları salaraq şabalıd ağacının çoxalmasına çalışırlar".

Qeyd edək ki, Qəbələ rayonunun Mıxlıqovaq, Bum, Tikanlı, Abrıx, Xırxatala, Vəndam, Cığatelli, Uludaş, Nohurqışlaq, Həmzəli kəndlərində, ümumilikdə 180 hektar sahədə şabalıd bağları var. Ötən il bu bağlardan 462 ton şabalıd yığılıb. Bu il də məhsulun bol olması gözlənir.

Onu da əlavə edək ki, şabalıd ağaclarında xəstəlik yaranandan, quruma sürətlənəndən sonra bazarlarda bu məhsulun qiymətində kəskin artım yaranıb. Qış aylarında şabalıdın 1 kiloqramı 11-15 manat olursa, yazda qiymət 20-22 manata qalxır…

Əlaqədar

Meşələrin mühafizəsinə cavabdeh olan 22 nəfər işdən qovuldu
Meşədə nəhəng fiquru görənlər gözlərinə inanmayıblar
Azərbaycanda güclü meşə yanğını
Fırtına Qarabağa çatdı: evlərin damı uçub, ağaclar aşıb, ətrafı su basıb
İlham Əliyev ağac əkdi
221 ədəd zeytun ağacı vacibdir, yoxsa TAP?
Bakıda ağacların "soyqırımı": gecə ilə böyük bir yaşıllığı məhv etdilər
Qəbələdə möcüzəli ağaclar: onları başqa yerə aparanda dəyişirlər
Teqlər:
şabalıd ağacları, hektar, Respublika, ərazi, şimal-qərb bölgəsi, kənd, Qəbələ, meyvə, problem, bağ, rayon, quruma, təhlükə

Əsas mövzular