CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarşıdakı üç gündə qaz olmayacaq

© Sputnik / Sergey AverinЖенщина у газовой плиты, архивное фото
Женщина у газовой плиты, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Qarşıdakı 3 gündə Masazır, Cəlilabad və Masallıda qaz olmayacaq

BAKI, 3 iyun — Sputnik. İyunun 4-6-sı tarixlərində Abşeron rayonunun Masazır qəsəbəsinə, Cəlilabad və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-dən məlumat verilib.

Məlumata görə, məhdudiyyət “Qaz İxrac” İdarəsinin balansında olan “Astara-Qazıməmməd” və “Qaradağ-Şimal DRES” magistral qaz kəmərləri üzərində tənzimləyici qurğuların quraşdırılması, qaz sızmalarının ləğvi və cari təmir işləri ilə əlaqədardır.

"Azəriqaz" yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan, təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.

Xəbər lenti
0