21:14 16 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Əmək müqaviləsi

"Bizdə kimisə işə götürərkən ondan cinsi oriyentasiyası soruşulmur"

CC0 / bertholdbrodersen / подпись
CƏMİYYƏT
Qısa URL
123 0 0

Səlim Müslümov: "Azərbaycanda işəgötürmədə cinsi azlıqlarla bağlı hər hansı məhdudiyyət yoxdur"

BAKI, 2 iyun — Sputnik. Azərbaycanda işəgötürmədə cinsi azlıqlarla bağlı hər hansı məhdudiyyət yoxdur. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Bakıda təşkil etdiyi "Avropa Sosial Xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların möhkəmləndirilməsi" seminarında deyib.

"İşə götürülən zaman soruşulmur ki, "sən kişi, qadın və ya orta cinsin nümayəndəsisən?" İşə götürülərkən kiminsə orientasiyası soruşulmur" — nazir bildirib.

Müslümovun sözlərinə görə, əvvəllər yalnız analıq məsələsi ilə bağlı qadınların ağır iş yerlərində işləməsi məhdudiyyəti var idi: "O da aradan götürülüb. Azərbaycanda işə götürülərkən heç kəsdən soruşulmur ki, "sənin cinsin nədir". Hamıya bərabər hüquq təmin edilir. Özü bildirməyənə qədər heç kim bilməyəcək ki, onun oriyentasiyası nədir".

Əlaqədar

"Cinsi azlıqların hüquqlarını qoruyun, cənab prezident"
Bakıda cinsi azlığın mənzilini qarət etdilər
Teqlər:
cinsi azlıq, məhdudiyyət, kişi, , Səlim Müslümov, Azərbaycan, qadın, hüquq

Əsas mövzular