06:27 24 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
92 0 0

"Vətəndaşlar kredit götürdüyü zaman imza atdıqları sənədləri diqqətli oxumalıdır"

BAKI, 31 may — Sputnik. Azərbaycandan dəfələrlə böyük dövlətlər var ki, onlarda da devalvasiya, eləcə də ÜDM-nin aşağı düşməsi halları baş verib. Dünyada baş verən hadisələr Azərbaycana da təsirini göstərir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu millət vəkili Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

S.Novruzov bildirib ki, ara-sıra nöqsanlar, hansısa bankların kreditləri verməsi ilə bağlı problemlər ola bilər: "Amma bu kommersiya bankıdır. Vətəndaşlar kredit götürdüyü zaman imza atdıqları sənədləri diqqətlə oxumalıdır. Problem olduqda isə məhkəməyə müraciət etməlidir. Ümumilikdə isə vətəndaşlar kredit götürəndə, onu qaytarmağı da düşünməlidirlər. Evi, maşını və digər əşyaları girov qoyub sonradan çox böyük problem yaşamağa ehtiyac yoxdur".

Əsas mövzular