22:25 15 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Çimərlik

Çimərliklərlə bağlı sərt qaydalar

© Sputnik / Fuad Hasanov
CƏMİYYƏT
Qısa URL
47 0 0

Çimərlik obyektinin və onun istifadə etdiyi ləvazimatların müvafiq dövlət standartlarına uyğunluğu hər çimərlik mövsümünün əvvəlində nəzarət orqanı tərəfindən yoxlanılır

BAKI, 2 may — Sputnik. Çimərlik obyektinin yaradılması üçün ayrıca dövlət standartları müəyyən edilir. Çimərlik obyekti yalnız nəzarət və müvafiq icra hakimiyyəti orqanlarının müsbət rəyinin alınması şərti ilə tikilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Turizm haqqında" qanun layihəsinin 55 maddəsində (Çimərlik obyektlərinin yaradılması xüsusiyyətləri) deyilir.

Qeyd edilir ki, çimərlik obyektinin tikintisi layihələşdirilərkən dövlət standartlarının tələbləri, normativ hüquqi aktlarla və müvafiq dövlət standartları ilə müəyyən edilmiş təhlükəsizlik qayda və standartları, çimərlik obyekti üçün müəyyən edilmiş idarəetmə tələbləri nəzərə alınmadıqda ona nəzarət orqanı tərəfindən mənfi rəy verilir.

Nəzarət orqanı çimərlik obyektinin dövlət təhvili üzrə komissiyasında təmsil olunur.

Layihənin 56-cı maddəsi "çimərlik obyektlərinin mövsümdən qabaq yoxlanılması" adlanır. 

Maddədə göstərilir ki, çimərlik obyektinin və onun istifadə etdiyi ləvazimatların müvafiq dövlət standartlarına uyğunluğu hər çimərlik mövsümünün əvvəlində nəzarət orqanı tərəfindən yoxlanılır. Çimərlik obyekti bu standartlara cavab vermədikdə, ona həmin qüsurların aradan qaldırılması üçün vaxt verilir. Bu vaxt ərzində qüsurlar aradan qaldırılmadıqda həmin turizm infrastrukturu obyekti, eləcə də sahibi olan subyekt barəsində məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsindən çıxarılır.

Çimərlik xidməti göstərən turizm infrastrukturu subyekti çimərlik mövsümünün başlanmasına azı bir ay qalmış çimərliyin sanitariya norma və qaydalarına uyğunluğunun yoxlanılması üçün nəzarət orqanına müraciət edir və nəzarət orqanı bu uyğunluğun yoxlanılmasını müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə təşkil edir.

Əsas mövzular