16:50 22 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9069
Manat

Saxta pul satanlar tutuldular

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
10601

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb

BAKI, 24 aprel — Sputnik. Daxili işlər orqanları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İbrahim Qurbanovun tanışı, Biləsuvar rayon sakini Ülvi Vahabzadə ilə birlikdə saxta pul əskinaslarının satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olub. 

Keçirilən xüsusi əməliyyat nəticəsində hər iki şəxs 6500 saxta manatı 2000 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar. Saxlanılan şəxslərin qaldıqları mənzildən saxta pul əskinaslarını hazırlamaq üçün istifadə olunan xüsusi avadanlıqlar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Saxta pul əskinaslarının satışı ilə məşğul olanlar tutulublar
© Photo :
Saxta pul əskinaslarının satışı ilə məşğul olanlar tutulublar

İlkin ifadələri zamanı hər iki şəxs hazırladıqları saxta pulların həqiqi əskinaslardan seçilməməsi üçün lisenziyalaşdırılmamış xüsusi haker proqramlarından da istifadə etdiklərini bildiriblər. Həmin proqramlar vasitəsilə İ.Qurbanov və Ü.Vahabzadə saxta pulların üzərinə həqiqi manatlarda olan müdafiə nişanları və eskizlərini köçürüblər.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Əlaqədar

Azərbaycanda saxta pul satan belçikalılara hökm oxunub
Bəxtəvərin saxta pullarını əlindən aldılar
Altı ayda 25 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb
Teqlər:
Saxta pul düzəldənlər tutuldular, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Daxili İşlər Nazirliyi, Ülvi Vahabzadə, İbrahim Qurbanov, Biləsuvar rayonu

Əsas mövzular