Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 21 aprel — Sputnik. 1970-ci ildən etibarən 22 aprel Beynəlxalq Yer Günü kimi qeyd olunmağa başlayıb.
1990-cı ildən başlayaraq isə Beynəlxalq Yer Günündə milli parkların salınması, ətraf mühitin əvvəlki vəziyyətinə qaytarılması mövzusu gündəmə gətirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Beynəlxaq Yer Günü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətlə təbliğat işləri aparılır.
Nazirliyin 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları Xəzər dəninizinin Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində yerləşən çimərlik sahəsində iməcilik işləri görüblər. Belə ki, ərazi bərk məişət tullantılarından təmizlənib və sahil zolağından yığılan həmin tullantılar ərazidən daşınıb.