14:55 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
14 0 0

Deputat Mili Məclisin iclaslarında iştirak edən həmkarlarına bərabərhüquqlu münasibət göstərməli, onların fikirlərinə hörmətlə yanaşmalı, öz mövqeyini zorakı hərəkətlərlə bildirməməlidir

BAKI, 20 aprel — Sputnik. Deputat Mili Məclisin iclaslarında iştirak edən həmkarlarına bərabərhüquqlu münasibət göstərməli, onların fikirlərinə hörmətlə yanaşmalı, münaqişələrdən çəkinməli, öz mövqeyini hədə, təhdid və digər zorakı hərəkətlərlə bildirməməlidir.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözlər, yeni hazırlanan "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsinin 7-ci maddəsində əksini tapıb. 

7-ci maddədə deyilir ki, deputat Milli Məclisin iclaslarının aparılmasına mane olmamalı, çıxış edənlərin sözünü kəsməməli, kənar müdaxilələr etməməli, çıxışlarında kobud ifadələr istifadə etməkdən çəkinməli, iclasın normal gedişini və iş qaydasını pozmamalı, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, qanunsuz hərəkətlərə çağırmamalıdır.

Deputat çıxışlarının, bəyanatlarının, sual və təkliflərinin məzmununun müəyyən edilmiş gündəliyə uyğun olmasını diqqətdə saxlamalı, belə halların iclasın iş qaydasını pozmasına yol verməməlidir.

Deputat həmçinin başqa deputatın əvəzinə səs verməməlidir.

7-ci maddə "Milli Məclisin iclaslarında etik davranış qaydaları" adlanır.

Əlaqədar

Deputatlar imtiyazlardan imtina etməli olacaqlar
Deputatların etik davranış qaydaları müzakirəyə çıxarıldı
Qadağalara məruz qalma növbəsi deputatlara çatdı
Deputatdan sərt qadağalara etiraz
Teqlər:
qadağalar, deputat, "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi, Milli Məclis

Əsas mövzular