06:12 18 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
CƏMİYYƏT
Qısa URL
1501

31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Ombudsman silsilə tədbirlər təşkil edib

BAKI, 31 mart — Sputnik. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova 31 mart — Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar silsilə tədbirlər təşkil edib. Bu barədə Sputnik Azərbaycan-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Göygöl rayonu Quşqara kənd tam orta məktəbində, Cəlilabad Regional Mərkəzi tərəfindən Lənkəran rayonunun Girdəni bələdiyyəsində, Astara şəhər 1 saylı, Biləsuvar rayonu M.Piriyev adına Əliabad kənd, Cəlilabad şəhər 1, 2, 4 və 8 saylı tam orta məktəblərində, Şəki Regional Mərkəzi tərəfindən Qəbələ rayonunun Kötüklü kəndində, Şəki şəhər Fizika-Riyaziyyat və Humanitar Təmayüllü Liseydə, habelə Quba Regional Mərkəzi tərəfindən Quba şəhərində tədbirlər keçirilib.

Tədbirlərdə yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, bələdiyyə üzvləri, ziyalılar, ağsaqqallar, din xadimləri, fəal gənclər, yerli icmaların və milli azlıqların nümayəndələri, müəllim və şagirdlər iştirak edib.  

Əsas mövzular