14:38 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
44810

Xarici ölkələrin vətəndaşları tərəfindən 2015-ci ildə 330, 2016-cı ildə isə 211 cinayət hadisəsi törədilib

BAKI, 29 mart — Sputnik. Ötən il Azərbaycanda 211 nəfər xarici ölkə vətəndaşı cinayət hadisəsi törədib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsinin (DSK) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, Daxili İşlər Nazirliyinin (DİN) məlumatlarına əsasən, xarici ölkələrin vətəndaşları tərəfindən 2015-ci ildə 330 (65 nəfər MDB-yə üzv olan ölkələrin vətəndaşları), 2016-cı ildə isə 211 (37 nəfər MDB-yə üzv olan ölkə vətəndaşları) cinayət hadisəsi törədilib.

Qeyd edək ki, 2017-ci ilin fevral ayına olan statistikaya görə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması üçün Dövlət Miqrasiya Xidmətinə (DMX) 39464 müraciət daxil olub. Sputnik Azərbaycan DMX-nin saytına istinadən xəbər verir ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) üçün 3978 müraciət, şəxsin Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi üçün 2784 müraciət daxil olub.

Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması üzrə 1767 hal qeydə alınıb. Bunlardan 223 halda Azərbaycan Respublikası ərazisində yaşama leqallaşdırılıb, 1157 halda Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, — 368 halda isə deportasiya qeydə alınıb. 19 nəfər isə Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədini itirib.

 

Əlaqədar

Əcnəbi media nümayəndələri Cocuq Mərcanlıya yola düşüblər
Əcnəbi tələbələr erməni vandalizmindən dəhşətə gəldilər
Azərbaycanda əcnəbi dildə reklamlara icazə verilə bilər
Əcnəbi biznesmenlərə xüsusi güzəştlər tətbiq olunacaq
İlham Əliyev Azərbaycana gələn əcnəbi qonaqlarla görüşüb
Əcnəbi kürəkənə 5 min dollar veriləcəyini eşidənlər səfirliyə axışdılar
Teqlər:
xarici ölkə vətəndaşı, Sputnik Azərbaycan, DİN, Daxili İşlər Nazirliyi, cinayət, Azərbaycan

Əsas mövzular