10:32 27 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9052
Bakıda yol təmiri, arxiv şəkli

Sabahdan bu prospektdə hərəkət məhdudlaşdırılacaq

© Photo : PUBLIC DOMAIN
CƏMİYYƏT
Qısa URL
3140

Məhdudlaşdırma N.Nərimanovun heykəlinin yerləşdiyi ərazidən "Statistika dairəsi"nə qədər olan hissədə tətbiq ediləcək

BAKI, 27 fev — Sputnik. Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq Nərimanov prospekti yenidən qurulur.

“Azəravtoyol” ASC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu işlər çərçivəsində fevralın 28-dən etibarən avtonəqliyyat vasitələrinin sözügedən prospektlə hərəkəti məhdudlaşdırılacaq. Məhdudlaşdırma N.Nərimanovun heykəlinin yerləşdiyi ərazidən "Statistika dairəsi"nə qədər olan hissədə tətbiq ediləcək.

Hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq.

“Azəravtoyol” ASC bu müddət ərzində yarana biləcək narahatlığa görə, vətəndaşlardan öncədən üzr istəyir və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Əlaqədar

Professor: Məhdud maliyyə imkanları şəraitində yeni strukturlar yaratmaq lazım deyil
Həcc ziyarəti üçün kvota məhdudiyyəti aradan qaldırıldı
Teqlər:
"Statistika dairəsi", Füzuli meydanı, Nərimanov prospekti, Təzəpir məscidi, "Azəravtoyol" ASC, Azərbaycan prezidenti İlham Əliyev, Yasamal rayonu, Bakı şəhəri

Əsas mövzular