19:00 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
CƏMİYYƏT
Qısa URL
1112

Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsinə nail olunmasıdır

BAKI, 20 fev — Sputnik. Səyyar ASAN 18 fevral — 18 mart tarixlərində Lənkəran, Şəki, Şəmkir və Şirvan şəhərlərində, 20 fevral — 3 mart tarixlərində isə Tovuz şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. "ASAN xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Səyyar ASAN xidmət avtobusları 1 — 20 fevralda Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, 1 fevral — 1 martda Mingəçevir və Quba şəhərlərində, 13 — 22 fevralda Suraxanı rayonunun Zığ qəsəbəsində vətəndaşların xidmətində olacaq.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə aşağıdakılar daxildir:

Səyyar ASAN Xidmət
© Facebook / ASAN Xidmət

Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Əlaqədar

50 mindən çox insan Qəbələ regional “ASAN xidmət”in xidmətindən yararlanıb
Səyyar "ASAN qatar" 15 gün bu rayonda olacaq
Gənclərin asan yolla gəlir əldə etmək sevdası uzun çəkmədi...
Sabah "ASAN xidmət" mərkəzləri işləməyəcək
"ASAN Viza" istifadəyə verildi
“ASAN Radio”nun direktoru: Biz gələcəyin media işçilərini yetişdiririk
Teqlər:
Səyyar ASAN, ASAN Xidmət, qəsəbə, rayon, xidmət

Əsas mövzular