03:22 23 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
10310

Və ya barmaqların sığalı ilə yaradılan sənətkarlıq

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 19 fev — Sputnik. Hər bir xalqın tarixi yaratdığı sənətkarlıq nümunələrində öz təsdiqini tapır. Xalq sənətkarlığı nümunələri daş dövründən bu günə kimi bir-birini əvəz etmiş ictimai-iqtisadi formasiyalarla paralel inkişaf yolu keçib. Sadə əl əməyinə əsaslanan əşyalar, məişət avadanlıqları sonralar həmin dövrlərdən xəbər verən maddi-mədəniyyət nümunələrinə çevriliblər. Təbii ki, xalqın tarixi keçmişini yaşadan sənət nümunələri zaman keçdikcə özünün əhəmiyyətini daha çox üzə çıxarmış olur.

Dulusçuluq neolit dövrünün yadigarıdır
© Sputnik / İlham Ahmadov
Dulusçuluq neolit dövrünün yadigarıdır

Belə sənətkarlıq nümunələrindən sayılan dulusçuluq Azərbaycanda ən qədim istehsal sahələrindən biri olmaqla yanaşı, nəinki öz əhəmiyyətini qoruyub saxlayıb, hətta bəşər mədəniyyəti inciləri sırasına qəbul edilib. Aparılan arxeoloji tədqiqatlar təsdiqləyir ki, dulusçuluq neolit dövrünün yadigarıdır. Dulusçuluq (forma və məzmunca dəyişsə də) məhz ölməz sənət nümunələri kimi qorunur, istifadə olunur və əhəmiyyətini özündə saxlayır. Barmaqların sığalı və alın tərindən yaradılan sənət əsərləri dünyanın məşhur muzeylərinin fondunu zənginləşdirməklə yanaşı, insanların sağlamlığında da mühüm rol oynayır.

Qədim dulusçuluq sənəti Qəbələ rayon sakini Vaqif Zeynalovun ailəsi tərəfindən bu gün də yaşadılır. İxtisasca mühəndis olan V. Zeynalov Sputnik Azərbaycan-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, o, dulusçuluqla rayondakı emalatxanasında məşğul olur.

Vaqif Zeynalov qədim xalq tətbiqi sənətini rayonda yaşadan yeganə şəxsdir. Şagirdlərinə bu sənətin sirlərini öyrədən usta Vaqif dulusçu bıçağı, cilalayıcı alət, dulusçu dəzgahı, ağac biz, taxta alət vasitəsilə gildən müxtəlif məmulatlar hazırlayır. Onun böyük ustalıqla düzəltdiyi səhəng, qalğa, dopu, küp, dibçək, piti qabı, güldan, bardaq, nehrə və s. ictimai iaşə obyektləri və rayona gələn turistlər tərəfindən həvəslə alınır.

Dulusçuluq üçün istifadə olunan xammal "sarışirə" adlanan dağ torpağıdır. Xüsusi texnologiya əsasında bu torpaqdan hazırlanan müxtəlif piti qablarında, evlərdə işlədilən digər məişət əşyalarında saxlanılan ərzaq məhsulları, bişirilən xörəklər öz təbii keyfiyyəti və dadı ilə fərqlənir.

V. Zeynalov Şəkidə keçirilən Ümumrespublika Dekorativ Sənət Festivalının və İsmayıllı rayonunda keçirilən tətbiqi sənət ustalarının sərgisinin diplomları ilə təltif edilib. Ümumrayon tədbirlərində onun hazırladığı dulusçuluq məhsulları nümayiş etdirilir.

Lakin bütün bunlara baxmayaraq, demək olar ki, artıq bu sənət yoxa çıxmaq üzrədir. Rayona gələn turistlər, eləcədə rayonda fəaliyyət göstərən otellər olmasa, düzəldilmiş gil qabların satışı sıfıra bərabərdir. Bundan narahat olan usta bu sahəyə, eləcə də dulusçuluğun inkişafına xüsusi diqqət göstərilməsinin tərəfdarı olduğunu bildirir.

Əlaqədar

Düzəltdiyi sənət əsərlərini satmağa əli gəlməyən usta
Türk usta bir möcüzə gerçəkləşdirdi
Azərbaycanlı ustanın icadı görənləri heyrətə salır
Əsərləri ilə insanları valeh edən usta
Təndir düzəldən ustaların sayı kəskin surətdə azalıb
Teqlər:
Vaqif Zeynalov, sənətkar, dulusçuluq, dulus, xalq, usta, Qəbələ, sənət, Azərbaycan

Əsas mövzular