21:57 27 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
254110

Kamran Əliyev: "Arxa oturacaqda uşaqlar üçün xüsusi oturacaqların quraşdırılmaması ilə bağlı heç bir cəza nəzərdə tutulmur"

BAKI, 17 fev — Sputnik. Yol polisinin cərimələr haqqında yeni qaydaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xüsusilə, 12 yaşa kimi olan uşaqların avtomobildə gedən zaman xüsusi oturacaqlarda oturması məsələsi sürücülər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, sosial şəbəkə istifadəçiləri qanunun düzgün olmadığını, arxa oturacaqda kifayət qədər böyük olan 10-12 yaşlı uşaqlar üçün xüsusi oturacaqdan istifadənin və buna görə cərimənin düzgün olmadığını qeyd ediblər.

Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı Respublika Baş Dövlət Yol Polis İdarəsinin İctimai Əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə müraciət edib. O bildirib ki, uşaqlar üçün oturacağın quraşdırılması minik avtomobillərinin qabaq oturacaqları üçün mütləq şəkildə nəzərdə tutulur. Minik avtomobilində uşaqlar üçün xüsusi oturacaq olmazsa, 12 yaşa kimi olan uşaqların daşınmasına görə inzibati məsuliyyət var. Sürücü ona görə 3 bal və 60 manat cərimə olunur".

"Amma arxa oturacaqda uşaqların xüsusi oturacaqlarda daşınmaması üçün xüsusi cərimə tətbiq edilə bilməz. Bu qayda qanunvericilikdə mövcud deyil, sadəcə tövsiyə xarakteri daşıyır ki, kimsə öz uşağının təhlükəsizliyini təmin etmək istəyirsə, arxa oturacaqda da uşaqlar üçün xüsusi oturacaqlar quraşdırsınlar. Təkrar edirəm, arxa oturacaqda uşaqlar üçün xüsusi oturacaqların quraşdırılmaması ilə bağlı heç bir cəza nəzərdə tutulmur və bununla bağlı sürücü məsuliyyətə cəlb edilə bilməz" — K. Əliyev vurğulayıb.

Əlaqədar

Sürücüləri yeni cərimələr gözləyir - rəsmi bəyan
Piyadanı öldürüb qaçan sürücü tutuldu
Avtobus sürücüləri nəzarətə götürülüb
"Avtobus sürücülərini 8 saat əvəzinə 14-15 saat işlədirlər"
"Azəravtoyol"dan sürücülərə müraciət
Sərxoş sürücü faciəyə səbəb oldu
Qadın sürücü ağır qəza törətdi
Teqlər:
xüsusi oturacaqlar, minik avtomobili, Kamran Əliyev, sərnişin, yol polisi, müzakirə, sürücü, uşaq, avtomobil

Əsas mövzular

  • Əsgərlər, arxiv şəkli

    Zərurət yarandığı halda, ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən, Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlərə cəlb ediləcəklər

    421
  • Tərtər rayonunda erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

    Ermənistan silahlı birləşmələrinin dinc Azərnaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olmuşlar

    659
  • Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb

    1546