07:33 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Вид на город Баку

Gürcüstanlı nazir: "Azərbaycanın Açıq hökumətə üzvlüyü vacibdir"

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
2403

Gürcüstanın ədliyyə naziri Azərbaycana səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov və həmkarı Fikrət Məmmədovla görüşməyi planlaşdırır

BAKI, 10 fev — Sputnik. Gürcüstanın ədliyyə naziri Teya Sulukiani Azərbaycana səfərə yola düşüb və Bakının Açıq hökumət beynəlxalq təşkilatına (OGP) qayıtması ilə bağlı məsələləri müzakirə etmək niyyətindədir. Sputnik-in xəbərinə görə, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyinin saytına yerləşdirilən məlumatda bildirilir.

Azərbaycanı təşkilatdan 2016-cı ilin mayında Keyptaunda keçirilən qlobal sammit zamanı çıxarıblar, lakin Gürcüstan bu qərarı dəstəkləməyib.

"Bu il OGP-nin sədri vəzifəsini icrra edən Gürcüstan üçün strateji tərəfdaşı və qonşusu olan Azərbaycanın Açıq hökumətin tamhüquqlu üzvlüyünə qayıtması son dərəcə vacibdir" — məlumatda bildirilir.

Teya Sulukiani Azərbaycana səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov və həmkarı Fikrət Məmmədovla görüşməyi planlaşdırır. O, həmçinin Milli Məclisi ziyarət etmək niyyətindədir.

OGP 2011-ci il sentaybrın 20-də təsis olunmuş beynəlxalq təşkilatdır. Təşkilatın məqsədi açıq dövlət ideallarını təsdiq etməkdir.

Teqlər:
açıq dövlət idealları, strateji tərəfdaş, Açıq hökumət beynəlxalq təşkilatı, Milli Məclis, Teya Sulukiani, Fikrət Məmmədov, Elmar Məmmədyarov, Keyptaun, Gürcüstan, Azərbaycan, Bakı

Əsas mövzular