04:00 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
547 0 0

Elman Rüstəmov bank rəhbərlərini toplayıb. Bank rəhbərlərinə bir sıra göstərişlər verilib.

BAKI, 27 yan — Sputnik. Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının rəhbərlərilə görüş keçib. Bank dairələrindən Modern.az-a daxil olan məlumata görə, görüşdə bəzi məsələlər müzakirə edilib, eyni zamanda E.Rüstəmov tərəfindən bank rəhbərlərinə bir sıra göstərişlər verilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov görüş barədə bildirib ki, bu, Elman Rüstəmovun kommersiya banklarının rəhbərlərilə ilk görüşü deyil: "Bu görüşlər mütəmadi xarakter daşıyır. Son vaxtlar milli valyutanın "üzən məzənnə" siyasətinə tam keçilməsi üçün işlər aparılır. Prosesi yekunlaşdırmaq üçün müəyyən danışıqlar gedir, banklarda olan vəziyyət araşdırılır".

V.Əhmədov bildirib ki, bu cür görüşlər Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən də keçirilir: "Hər iki qurum iqtisadi vəziyyəti stabilləşdirmək istəyir. Çünki bank sistemində, manat-dollar münasibətlərində problemlər qalmaqdadır".

Əlaqədar

Mərkəzi Bank yeni məzənnəni açıqladı
Mərkəzi Bankdan manatla bağlı əhaliyə xəbərdarlıq
Banklarla əhali arasında yeni problem meydana çıxıb
Bakıda bankomatdan 40 min manat oğurlandı
Mərkəzi Bankdan radikal addım: nağd pul kütləsi nəzarətə götürüldü
Mərkəzi Bank 7,5 milyard manatın aqibətinə aydınlıq gətirdi
Mərkəzi Bankın valyuta ehtiyatları azalıb
Teqlər:
rəhbər, AMB, kommersiya, bank, görüş

Əsas mövzular