01:12 21 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Bank-vətəndaş münasibəti

Banklarla əhali arasında yeni problem meydana çıxıb

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
1566034

Bəzi filiallar əmanətləri dərhal geri qaytara bilmədiyi üçün müştəri ilə bank işçiləri arasında gərgin mübahisələr yaranır

BAKI, 23 yan — Sputnik. Azərbaycanda əhalinin banklardan əmanətlərini geri götürməsində yeni dalğa başlayıb. Sputnik Azərbaycan "Marja"ya istinadən xəbər verir ki, əmanətini geri götürməyə gələn müştərilərin sayı xeyli çoxalıb. Bəzi filiallar əmanəti dərhal geri qaytara bilmədiyi üçün müştəri ilə bank işçiləri arasında gərgin mübahisələr yaranır.

Əmanətçilər manatın günü-gündən dəyərdən düşməsindən narahatdırlar. Tam üzən məzənnəyə keçiddən sonra manatın dəyərdən düşməsinin daha da sürətlənməsi, USD/AZN məzənnəsinin tezliklə 2 manatı ötəcəyi barədə proqnozlar manat sahiblərini daha da narahat edir. Qısası, banklardakı manat təcili çıxardılaraq dollara çevrilir.

Bankların bir-birinin ardınca zərər açıqlaması, bu il bir neçə bankın bağlanacağının bəyan edilməsi də əmanətçiləri narahat edir. İndi Bankda dollar əmanəti olanlar da pullarını geri götürməyə başlayıblar.

Əlaqədar

Prezident əhalinin əmanətləri ilə bağlı fərman verdi
Bağlanan doqquz bankın əmanətçilərinə 257 milyon manat kompensasiya ödənilib
Manatla əmanəti olanlara şad xəbər
Banklardan əmanətə xəyanət
Dörd bankın əmanətçilərinə 38 milyon manatdan artıq kompensasiya ödənilib
Bağlanmış banklar əhalinin əmanətlərini özləri qaytara bilər
Teqlər:
müştəri, əmanət, əhali, bank, manat, dollar

Əsas mövzular