CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərxoş halda yolu keçmək istədi, qəza qurbanı oldu

CC0 / blickpixel / Car crushSınmış avtomobil şüşəsi, arxiv şəkli
Sınmış avtomobil şüşəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Samiq Muradov idarə etdiyi “VAZ 21074” markalı avtomobillə hərəkətdə olarkən yolu sərxoş halda keçmək istəyən piyada Ramiz Ağaməmmədovu vurub

BAKI, 22 yan — Sputnik. Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə yanvarın 22-də axşam saat 19 radələrində rayonun Əliabad qəsəbəsi ərazisində baş verib.

Əliabad qəsəbə sakini, Samiq Mahma oğlu Muradov idarə etdiyi “VAZ 21074” markalı avtomobillə hərəkətdə olarkən yolu sərxoş halda keçmək istəyən piyada 1955-ci il təvəllüdlü Ramiz Ağabala oğlu Ağaməmmədovu vurub. R. Ağaməmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. 

Xəbər lenti
0