10:28 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9649
Lənkəranda şəhid leytenant Qalib Zülfüqarlının doğum gününə həsr edilmiş anım tədbiri keçirilib

Şəhidin xatirəsi anıldı

© Sputnik / Rahim Zakiroğlu
CƏMİYYƏT
Qısa URL
67 0 0

Qalib Zülfüqarlının həyatını əks etdirən şəkillərdən ibarət videoslayd təqdim olunub

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 20 dek — Sputnik. Bu gün Lənkəran şəhər 7 saylı orta məktəbdə, bu ilin mart ayında şəhid olan leytenant Zülfüqarlı Qalib Laim oğlunun doğum gününə həsr edilən anım tədbiri keçirilib. Sputnik-in bölgə müxbiri xəbər verir ki, dövlət himninin səslənməsinin ardınca, şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra isə Qalib Zülfüqarlının həyatını əks etdirən şəkillərdən ibarət videoslayd təqdim olunub. Tədbirdə Qalibin müəllimləri, onu tanıyanlar, sinif yoldaşları çıxış edərək, təhsil aldığı dövrlərdə mərd, tərbiyəli və həmişə öncül şagird olduğunu bildiriblər. Lənkəran Qarabağ Müharibəsi Əlilləri Şurasının sədri Əbülfət Əliyev çıxış edərək şəhid Qalib Zülfüqarlı və ümumiyyətlə aprel döyüşlərində şəhid olan övladlarımızın böyük şücaət göstərdiklərini diqqətə çatdırıb.

  • Lənkəranda şəhid leytenant Qalib Zülfüqarlının doğum gününə həsr edilmiş anım tədbiri keçirilib

1 / 8

Məlumat üçün bildirək ki, Zülfüqarlı Qalib Laim oğlu 1992-ci ildə Lənkəran rayonunun Vilvan kəndində anadan olub. Atası ordu sıralarında xidmət etdiyindən, özü də hərbçi olmaq qərarına gəlib. 2010-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub və 2014-ci ildə Ali Hərbi Məktəbi bitirəndən sonra, Qazax rayonundakı N saylı hərbi hissədə xidmətə göndərilib.

O, 27 mart 2016-ci ildə Qazax rayonunun Quşçuayrım kəndində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olub. 28 mart 2016-cı ildə Müdafiə naziri general polkovnik Zakir Həsənovun sərəncamı ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Əlaqədar

Türk ordusu Suriyada daha bir şəhid verdi
Azərbaycan hərbçisi şəhid olub
Şəhid ailələrinə yeni güzəştlər ediləcək
Dövlət qurumları şəhid anasını niyə süründürməçiliyə salıb?
Azərbaycan ordusu şəhid verib
Pontifik Şəhidlər xiyabanını ziyarət edib
Teqlər:
doğum, anım, Zülfüqarlı Qalib Laim oğlu, xatirə, şəhid, Lənkəran

Əsas mövzular