15:27 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
155901

Xəzərdə baş verən qəzada həyatını itirən İlham Qafarovun qardaşı: "Səhər saat 5-in yarısında baxdım ki, qardaşım çalışan estakadanın işığı yanmır"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 19 dek — Sputnik. Dekabr 15-də SOCAR-ın "Azneft" İstehsalat Birliyinin N. Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində 10 nəfər suya qərq oldu. 10 ailə başçısı… 

İlham Qafarov
© Photo : Qafarovlar ailəsinin şəxsi arxivi
İlham Qafarov

Deyirlər, suda boğularaq ölmək ən ağır ölümdür. Anban nəfəsin kəsilir. Ölümü hiss edə-edə canını tapşırırsan. Əlin heç yerə çatmır.

Həmin gün dənizdə batan 10 neftçidən, cəmi birinin cansız bədəni tapıldı — 1958-ci il təvəllüdlü İlham Qafarovun. Dünən Ələt qəsəbəsində onun 3 mərasimi idi.

Ələtdə dənizdə itkin düşən neftçinin evini soruşduğumuz insanların hamısı 5 qapı göstərdi. Amma təəssüflər olsun ki, üz tutduğum həmin qapıların çoxu, bəzi "həmkar"larımızın sayəsində üzümüzə bağlanmışdı. Yenə də sağ olsunlar, İ. Qafarovun ailəsi qapını üzümüzə açdı. Və İlhamın qardaşı Davudla həmsöhbət olduq.

İlham Qafarovun qardaşı Davud
© Sputnik / Irade JELIL
İlham Qafarovun qardaşı Davud

O da həmin gün işdə imiş. "Hər ikimiz dənizdə işləyirik — mən 1989-cu ildən, qardaşım isə 1992-ci ildən. Ayrı-ayrı estakadalarda çalışırdıq. Həmin gün işə də bir yerdə getmişdik, güclü külək barədə proqnoz verilmişdi. Müdiriyyət bizə tapşırmışdı ki, hava küləkli olduğu üçün diqqətli olaq, çöl işlərinə tək çıxmayaq", — deyir Davud Qafarov.

Gecə saat 11.30-da İlham Davuda zəng vurur: "Dedi, "Davud, hava küləklidir, ehtiyyatlı ol". Bu, onunla son danışığımız oldu. Səhər saat 5-in yarısında baxdım ki, qardaşım çalışan estakadanın işığı yanmır. Bir müddət sonra tanış bir adam zəng vurub dedi ki, "onlar yoxdur, estakada aşıb". Bir az keçdi, axtarışlar başladı. İlhamın cansız bədənini tapdılar. Mənim işlədiyim yerə yaxın yerdə tapmışdılar. Meyiti mənə göstərib, İlham olub-olmadığını soruşdular, "odur" dedim. Sonra onun nəşini mənə verdilər və bizə gəmi ayırdılar. Mən onu götürüb gəldim".

Davud qardaşının ölümünü, əvvəlcə ailəsinə deyə bilməyib. Zəng edib, hal əhval tutub, "İlhamın iş yerindən zəng olmayıb ki?" — deyə soruşub. Daha sonra İlhamın oğlu saytlarda məlumatı oxuyarkən, atasının adını siyahıda görüb.

İlham Qafarovun yas mərasimi
© Sputnik / Irade JELIL
İlham Qafarovun yas mərasimi

"İlham mənim böyük qardaşımdır. Neçə ildir ki, dənizdə çalışıram, indiyədək belə qəza ilə qarşılaşmamışdım. Estakada təmirdən yeni çıxmışdı. Bizə hər zaman işdə tapşırırdılar ki, "jiletiniz əyninizdə olsun, başınıza kaska qoyun". Qardaşımı da elə həmin geyimdə suyun üzündə tapmışdıq", — danışır Davud.

İlham Qafarovun 3 övladı var. Böyük oğlunu da 3 ay olar, evləndiribmiş….

Əlaqədar

İtkin düşmüş neftçiləri 44 gəmi axtarır
İlham Əliyevdən itkin düşən neftçilərlə bağlı mühüm qərar
İtkin düşmüş neftçilərlə bağlı qorxunc iddia
Xəzərdə batan neftçinin gözyaşardıcı ailə dramı üzə çıxdı
Həlak olan neftçinin adı açıqlandı
Xəzərdə itkin düşmüş neftçilərlə bağlı yeni xəbər
Teqlər:
Davud Qafarov, İlham Qafarov, estakada, neftçi, SOCAR, dəniz, Xəzər, meyit, qəza

Əsas mövzular