10:49 03 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
79 0 0

"Əlil" tanınma nişanından qanunsuz istifadə edənlər 40 manat məbləğində cərimə ediləcəklər

BAKI, 16 dek — Sputnik. Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliyə baxılıb. Sputnik xəbər verir ki, dəyişikliyə görə, "Əlil" tanınma nişanından qanunsuz istifadə edənlər 40 manat məbləğində cərimə olunacaqlar.

Bundan əlavə, əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələri saxlayanlar 10 manat cərimə ediləcəklər. Həmçinin, əlavə edilməsi təklif olunan maddəyə görə, parklanma yerlərində icazə verilmiş, maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə, sürücülər 10 manat məbləğində cərimə tətbiq olunacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Əlaqədar

"Polis bizi küçədə cərimələyir - niyə?"
Dövlət orqanlarına yanlış məlumat verən sahibkarlar cərimələnəcək
Cərimə mövsümü başladı
Ekspert: Cərimələr cəmiyyətdə sınanmış vasitədir
Avtobusda ödəniş etməyən sərnişinlər cərimələnəcəklər
Turist 46 dəqiqəyə 5,5 min dollar cərimə ödəməli olub
Teqlər:
əlil, nəqliyyat, İnzibati Xətalar Məcəlləsi, Milli Məclis, qanun, cərimə, cəza

Əsas mövzular