22:34 30 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
24510

Tariflərin qalxması meşələrin məhv edilməsinə səbəb olacaq?

BAKI, 9 dek — Sputnik. Qazın və elektrik enerjisinin qiymətlərinin qaldırılması, son illərdə xeyli zənginləşmiş meşə zolaqlarının qırılmasına gətirib çıxarmayacaq. Sputnik-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Departamentinin sektor müdirinin müavini Sadiq Salmanov deyib.

Onun sözlərinə görə, son illərdə ölkənin 80%-nin qazlaşdırılması nəticəsində əhalinin oduna olan tələbatı əhəmiyyətli dərəcədə aşağı düşüb: "Hazırda odundan yalnız indiyə qədər qazlaşdırılmamış dağ kəndlərinin əhalisi istifadə edir. Bir faktı da diqqətinizə çatdırım ki, biz hər il qurumuş və inkişafdan qalmış ağacların hesabına 35-36 min kubmetr odun tədarük edirik".

Bu səbəbdən də ekoloq, qiymətlərin qalxması ilə bağlı əhalinin meşələri qırmağa başlayacağını istisna edir. Bununla belə, qeyd etmək lazımdır ki, noyabrın 28-də Tarif Şurasının iclasında qaz və elektrik enerjisinin tarifləri müzakirə edilib və yeni tariflər qəbul olunub. Nəticədə əhali üçün pərakəndə qazın qiyməti illik 1500 kubmetrlik limiti aşmamaq şərti ilə, 10 qəpik nəzərdə tutulub. Əgər bu limitdən artıq qaz işlədilərsə, onda artıq işlədilən qazın hər kubmetrinə görə 20 qəpik ödəniləcək.

Eyni zamanda, elektrik enerjisinin də tarifləri yenilənib. Tarif Şurasının qərarına görə, ay ərzində 250 kilovatt-saata qədər elektrik enerjisi sərf edən abunəçi 7 qəpik ödəyəcək. Əgər aylıq limit artsa, əlavə sərf edilən elektrik enerjisinin 1 kilovatt-saatı 11 qəpikdən hesablanacaq.

Sözügedən dəyişikliklər əhaliyə 1 yanvar 2017-ci il tarixindən etibarən tətbiq olunmağa başlayacaq. Salmanov qeyd edib ki, son beş ildə ağacların qanunsuz kəsilməsi halları 2-2,5 dəfə azalıb. Bu, operativ nəzarət qruplarının fəaliyyəti, reydlərin keçirilməsi və cərimə sanksiyalarının artırılması nəticəsində mümkün olub.

Salmanovun sözlərinə görə, hazırda elə rayonlar var ki, odun ehtiyatının olmasına baxmayaraq, onları almaq istəyənlər yoxdur. Ekoloqun sözlərinə görə, tariflərin dəyişdirilməsi prosesi gələn il başlayacaq və ona görə də ola bilsin, mövcud situasiyada kardinal dəyişikliklər baş versin.

Salmanov onu da bildirib ki, bir maşın odunun qiyməti hazırda 150-250 manatdır. O, əmindir ki, odun qazdan baha başa gəlir.

Öz növbəsində Qusar rayonunun evlərini qazla qızdıran sakinləri tariflərdən narazıdırlar. Onlar onsuz da 1500 kubmetri 2 aya yandırırlar. Ona görə də, dağ rayonlarında meşədə odun ehtiyatlarının qalacağı inandırıcı görünmür.

Bundan əlavə, Respublikanın qərb rayonlarından Sputnik-ə daxil olan məlumata görə, artıq əhali doun sobalarını bərpa etməyə başlayıb. Bir neçə il öncə qazlaşdırılan kəndlərin sakinləri, təkrar qaz sobalarını odun sobaları ilə əvəzləməyə başlayıblar. Və bu da, təbii ki, meşələrin, meşə zolaqlarının və həyətlərdəki ağacların qırılmasına səbəb olacaq.

Əlaqədar

Meşədə nəhəng fiquru görənlər gözlərinə inanmayıblar
Dünyada ilk dəfə tropik meşəsi olan otel açılacaq
Meşədə və həyətlərdə bitən bu bitkini ancaq həkimlə müqayisə etmək olar
Bu abidə yalnız ziyarətgahlarda bitən möcüzəli ağacların olduğu meşədədir
Hindistanda meşə yanğınları zamanı 6 nəfər ölüb
Teqlər:
elektrik enerjisi, tarif, Sadiq Salmanov, əhali, soba, meşə, işıq, qaz

Əsas mövzular