05:43 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
CƏMİYYƏT
Qısa URL
248521

Kreditlə əşya almaq istəyən vətəndaş, üzləşdiyi mənzərədən dəhşətə gəlib

BAKI, 5 dek — Sputnik. "Bir müddət öncə "Kontakt Home" mağazasına gedərək kreditlə televizor götürmək istədim. Televizoru seçdim və kredit şöbəsinə sənədləşmə üçün yaxınlaşdım. Bu zaman kredit şöbəsindən mənə dedilər ki, kredit götürə bilmərəm. Çünki, mən "qara sıyahı"ya düşmüşəmmiş. Səbəbini soruşanda dedilər ki, mənin iş yoldaşım buradan məişət texnikası götürüb və məndən xəbərsiz, yaxın insan kimi nömrəmi zamin olaraq qeyd etdirib".

Sputnik-in redaksiyasına müraciət edən paytaxt sakini Zahidə Əliyevaya belə deyir. Məlum olub ki, iş yoldaşı krediti vaxtında ödəyə bilmədiyi üçün, həm özü, həm də verdiyi 3 nömrə sahibi avtomatik olaraq "qara siyahı"ya salınıb.

"Mən orada dəfələrlə bu məsələdən xəbərsiz olduğumu, "Kontakt Home"dən zəng gələrək, belə bir qadına zamin dayanıb-dayanmadığımın soruşulmadığını qeyd etdim. Amma yenə də səbəb bu göstərildi və mənə kredit verilmədi", — yazır Z. Əliyeva.

Baş verən hadisəni Sputnik-ə şərh edən hüquqşünas Elyar Həsənov, mağazanın arqumentinin tamamilə qanunsuz olduğunu deyib: "Heç bir əsasla, hamı üçün eyni şərtlərlə təklif olunan məhsulun başqa birinə təklifindən imtina edilə bilməz. Əgər hər hansı dükan məhsulu satışa çıxarıbsa, istənilən müştəriyə eyni qiymətlə həmin məhsulu satmalıdır. Konkret səbəb olmadan alıcıya rədd cavabı verə bilməz".

Ekspertin dediyinə görə, malın hissə-hissə (kreditlə) satışı həssas məsələ olduğundan, bu zaman dükanın bir qədər şərtləri dəyişə bilər və onların hüququ yarana bilər ki, bəzi səbəblərə görə hər hansı müştəriyə məhsul satışından imtina etsinlər: "Amma, müştəriyə "qara siyahıdasınız, sizə mal sata bilmərik" kimi cavab verilməsi qanunsuzdur. Bu zaman müştəri dükandan aidiyyəti orqana şikayət etsə, qarşı tərəf başqa səbəblər gətirəcək. Çünki hər hansı qohumun sizin nömrənizi dükanda zamin kimi təqdim etməsi sizin zamin olmağınız demək deyil".

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da baş verənləri doğru qəbul etmir. O, Sputnik-ə açıqlamasında, mağazaların düzgün iş sistemi qurmadıqlarını bildirib: "Telefon nömrəsini vermək həmin insanın zamin olması demək deyil, adam özü gedərək zaminlik vərəqinə imza çəkilirsə, o zaman zamin ola bilər. Amma mağazanın sizə mal satmaması öz hüququdur. İstəmirsə və satmırsa, bu, onun hüququdur".

"Mağazalar düzgün iş sistemi qurmayıb. Çünki zamin olduğu deyilən şəxsin nömrəsi ilə əlaqə saxlayıb, ondan razılıq alınmalıdır. Bunu etmirlər və həmin insan da xəbərsiz olur. Nəticədə bu cür problemlər ortaya çıxır", — ekspert qeyd edib.

Əlaqədar

Yeni struktur problemli kreditlər məsələsini həll edəcək?
"Problemli kreditlərlə bağlı cinayət işləri qaldırıla bilər"
Azərbaycanda problemli kreditlər rekord həddə çatıb
Kimlərə və niyə kredit verilməyəcəyi açıqlandı
Bağlanan banklardakı əmanətlər bata bilər, amma kreditlər qaytarılmalıdır
Azərbaycanda problemli kreditlərin həcmi beynəlxalq normanı üç dəfə üstələyir
Teqlər:
"Kontakt Home", müştəri, "qara siyahı", zamin, mağaza, televizor, kredit

Əsas mövzular