00:26 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
33210

Metallom məntəqələri partlamamış silah-sursatı qəbul etməkdən imtina etdikdən sonra, camaat onları hara gəldi, tullayıb

BAKI, 14 noy — Sputnik. Azərbaycanda sovet dövründən qalmış hərbi poliqonlar, anbarlar və hərbi hissələr baxımsız qalıb. Hələ də Bakıda partlamamış hərbi sursatlar mövcuddur.

ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov
© Photo : Azeridefence.com
ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov

Bu barədə Sputnik-ə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş mütəxəssisi Adil Aslanov məlumat verib. Onun sözlərinə görə, sözügedən silah-sursat paytaxt sakinləri tərəfindən metallom mənqələrinə təhvil verilmək üçün şəhərə gətirilib.

"Partlamamış silah-sursatın partlaması ilə əlaqədar bir neçə insident baş verəndən sonra, metallom məntəqələri onları qəbul etməkdən imtina edib və nəticədə camaat onları hara gəldi tullayıb. İndi minaaxtaranlar gözlənilən təhlükələrin qarşısını almaq üçün partlamamış silah-sursatla bağlı hər bir çağırışa cavab verməyə çalışırlar", — Agentlik təmsilçisi bildirib.

Onun sözlərinə görə, ANAMA-ya Bakı və şəhərətrafı ərazilərdə partlamamış silah-sursatla bağlı çağırışlar gəlməkdə davam edir. Yeri gəlmişkən qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, axırıncı dəfə minaaxtaranlar, Yasamal rayonu, Şərifzadə küçəsində təmir işləri aparılarkən, 82 millimetrlik minanın zərərsizləşdirilməsi üçün əraziyə gediblər.

A.Aslanovun sözlərinə görə, partlamamış silah-sursatın əksər hissəsi hərbi hissələrin və poliqonların ərazisindədir: "Hərbi poliqonlardan biri Qanlıgöl gölünün ətrafındadır. Onlardan təlim məqsədilə istifadə edilib və ora heç də az partlayıcı hərbi sursat atılmayıb. Aparılan araşdırmalar zamanı ekspertlər müəyyən ediblər ki, Bakıda və Bakı ətrafında, o cümlədən Abşeron və Qaradağ rayonlarında sovet hərbi hissələri yerləşib. Təkcə Qaradağ rayonunun Güzdək qəsəbəsində müxtəlif kaliberli (ölçülü) silah-sursatın qorunduğu 22 anbar olub".

Bununla yanaşı Səngəçal qəsəbəsi ərazisində sabiq sovet hərbi hissəsi və tank poliqonu olub. Digər bir hərbi anbar isə "Qaraheybət" adlanan yerdə yerləşib.

"Biz Güzdəkdə yerin səthindəki bütün partlamamış silah-sursatı praktiki olaraq toplamışıq. Eyni zamanda, ərazinin təmizlənməsi üçün yerin altında da müxtəlif əməliyyatlar həyata keçirilib. Bu istiqamətdə iş hələ də davam edir" — deyə agentliyin nümayəndəsi bildirib.

Aslanovun sözlərinə görə, hazırda partlamamış silah-sursatın mövcud olduğu ərazilərin 90%-nin təmizlənməsinə nail olublar. Lakin hərbi sursatın tullandığı elə yerlər var ki, onlar haqqında heç kəsə heç nə məlum deyil.

"İnformasiyaların və çirklənmiş ərazilərin xəritələrinin olmaması bizə çirklənmiş ərazilərlə bağlı tam məlumatın olmadığı barədə danışmaq hüququ verir. Biz birmənalı şəkildə desək ki, əraziləri tam təmizləmişik, bu, düzgün olmaz. Niyə? Çünki, miqyaslar böyüdülür. İnformasiyalar daxil olduqda, biz həmin ərazilərdə araşdırma aparırıq. Bunun əsasında biz çirklənmənin səviyyəsini müzakirə edə və nə etmək lazım gəldiyini deyə bilirik" — deyə ekspert bildirib.

Yeri gəlmişkən, minaaxtaranlar təkcə Bakı və Bakı ətrafında işləmirlər. Hazırda ANAMA dövlət sifarişi əsasında cəbhə bölgəsində də təmizləmə işləri həyata keçirir. Bununla əlaqədar olaraq, belə çağırışları xüsusi təşkil olunmuş mobil qruplar yerinə yetirir.

Bununla belə, artıq bir neçə ildir ki, Lənkəran şəhərinin sahilyanı xəttində mina təmizləmə işləri həyata keçirilir. Orada sovet dövründə tank poliqonu mövcud olub. Yerli sakinlərin sözlərinə görə, sovet qoşunları Azərbaycan ərazilərini tərk edəndə partlamamış silah-sursatı dənizə tullayıb.

Hazırda dalğalar korroziyaya uğramış tank əleyhinə minaları sahilə çıxarır. Noyabr ayı ərzində iki belə mina aşkarlanıb. Təhlükəni tamamilə aradan qaldırmaq üçün ANAMA dalğıc-minaaxtaran qrupu təşkil etməyi və xüsusi texnika almağı planlaşdırır.

Əlaqədar

Düşmən minaatanlarla ərazilərimizə atəş açıb
Mövqelərimiz minaatan və qumbaraatanlardan atəşə tutulub
Ermənilərin hərbi yük avtomobili özlərinin basdırdığı minaya düşüb
Cəbhədə minaatanlar və iriçaplı pulemyotlar yenidən işə düşdü
Teqlər:
Adil Aslanov, ANAMA, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentli, partlamamış hərbi sursat, anbar, hərbi poliqon, mina, hərbi hissə, Azərbaycan

Əsas mövzular