03:29 12 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
CƏMİYYƏT
Qısa URL
1784693

"Azəristiliktəchizat" 15 noyabrdan tez mənzillərə istilik vermək niyyətində deyil, paytaxt sakinləri isə, bu ili də ilıq borularla keçirməli olacaqlar.

BAKI, 1 noy-Sputnik.Son illər fəsillərin yerini dəyişməsi müşahidə olunur. Qış fəslinin vaxtından tez gəlməsi bir neçə ildir təkrarlanır. Bu il də payız ayları yaşasaq da, qış mövsümünün havasının şahidi oluruq. Havanın temperaturunun aşağı olması, yağmurlu keçməsinə baxmayaraq, evlər qızdırılmır. Hökumət idarələrindən bildirilir ki, hər il olduğu kimi, bu il də qazanxanalar noyabrın 15-dən işə düşəcək və ümumi qızdırıcı sistemə qoşulmuş evlərə istilik məhz həmin tarixdə veriləcək. Sputnik sovet dövründən qalmış bu ənənənin niyə indiyədək dəyişmədiyini və qışın tez gəlməsinin niyə müvafiq qurumlarda nəzərə alınmadığını araşdırıb.

"Azəristiliktəchizat" Açıq Səhimdar Cəmiyyətinin mətbuat katibi Rafiq Əliyev Sputnik-ə bildirib ki, qanunvericilikdə istiliyin verilməsinə 15 noyabrdan başlanılması nəzərdə tutulub. Odur ki, ASC qanunvericiliyin bu tələbinə riayət edir.

"Əlbəttə qanunvericilikdə istisnalar da var. Havaların tez soyuması zamanı istiliyin verilməsi tezləşdirilə bilər. Amma bu təkcə "Azəristiliktəchizat"dan asılı məsələ deyil. Bizim istiliyi verməmiz üçün "Azəriqaz", "Azəriışıq", "Azərenerji" kimi enerji qurumları da bizimlə eyni vaxtda parallel olaraq qış mövsümünə keçməlidirlər. O zaman biz istiliklə bütün binaları təhciz edə bilərik." — deyə Əliyev bildirib.
Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, digər sosial obyektlərin istilik təchizatı onlarla "Azəristiliktəchizat" arasındakı müqavilələrlə tənzimlənir.
"Müqavilə 5 aylıq bağılanır. Əgər "Azəristiliktəchizat"dan istilik alan hər hansı təşkilatın ayrıca qazanxanası varsa, bizə müraciət edə bilər. Əgər o təşkilat bizə vaxtından əvvəl veriləcək istilik enerjisinin dəyərinin ödənilməsinə zəmanət versə, biz ona istilik verilə bilərik." — deyə mətbuat katibi bildirib.

Əliyev həmçinin deyib ki, bəzi internat məktəbləri, doğum evləri, xəstəxanalar, uşaq evləri fərqi qaydada "Azəristiliktəchizat"a müraciət ediblər və onların istilik sistemi qoşulub.
Mətbuat xidmətinin rəhbəri bu il də 15 noyabrdan istiliyin veriləcəyini bildirib.
Ekoloq Fikrət Cəfərov isə Sputnik-ə deyib ki, bu qayda yalnız Azərbaycanda mövcuddur.

"Dünya təcrübəsində qış mövsümünə keçidi konkret tarixlə deyil, havadakı temperaturla müəyyən edirlər. Küçədə temperatur +10 dərəcədən aşağı düşəndə, artıq evlər istiliklə təhciz olunur. Çünki evin isti olması əhali üçün mütləqdir. 12-14 dərəcə istiliyi olan evlərin olması bir çox xəstəliklərə gətirib çıxarır. Bu eyni zamanda əhalinin iş qabiliyyətinin də azalmasına səbəb olur." — deyə ekoloq bildirib. 

Cəfərov bu məsələnin aktual olduğunu bildirib. Qeyd edib ki, ekologiya zamanla dəyişir. Son illər qış fəsli tez gəlir. Ona görə də, əhalinin sağlamlığını düşünərək istiliyin tez verilməsi vacibdir.
Qeyd edək ki, müvafiq enerji qurumları onların mövsümi rejimlərə keçməsini Nazirlər Kabinetinin tənzimlədiyini iddia ediblər.
Sputnik NK-ya müraciət edərək sözügedən tənzimləmələrin nəyə əsaslandığını və qışın tez gəlməsi ilə bağlı yaranmış istilik problemini necə həll etməyi düşündüklərini soruşub.
Hökumətin mətbuat xidmətindən bildiriblər ki, bu cür suallar onlara yox, "Azəristiliktəchizat"a və digər əlaqədar qurumlara yönəldilməlidir.

Bir sözlə, Azərbaycanın hökumət qurumları həmişə olduğu kimi suala konkret cavab verməkdənsə, onu başqalarına yönəltməyi üstün tutublar. Görünən odur ki, azərbaycanlıların istilik problemi 15 noyabrdan sonra həllini tapacaq. Əlbəttə, əgər həllini tapacaqsa. Çünki onlar qış rejiminə hazır olduqlarını bəyan etsələr də, paytaxtdakı ümumi yaşayış binalarının əksəriyyətinin sakinləri bildirirlər ki, ötən illərdən yığılıb qalmış istilik təchizatına dair problemlərin bu il həllini tapacağına inanmırlar. Yəqin ki, qızdırıcılar bu il də həmişəki kimi yalnız özlərini isidəcəklər. Çünki qızdırıcı borulardan gələn ilıq su ilə qışda mənfi dərəcədə evləri qızdırmaq mümkün deyil. Bəzi mənzillərə isə hətta ilıq su da gəlmir. İstilik təchizatı idarələri hər il bu qəbildən olan problemləri ötür-ötürə salaraq həll etmirlər. Noyabr gəlib, amma istilik sistemləri nə yoxlanılıb, nə də problemlər aradan qaldırılıb.

Əlaqədar

Dekabrda Azərbaycan soyuq hava kütlələrinin təsirinə məruz qalacaq
Dünya son 10 ilin ən soyuq qışını gözləyir
Ekspert: Qış dəhşətli yox, soyuq keçəcək
“Soyuq müharibə” hələ də davam edir...
Dünyanın ən soyuq nöqtəsi
Teqlər:
qızdırıcı borular, "Azəristiliktəchizat", "Azəriqaz" İB, "Azərişıq", "Azərenerji", istilik, "Azəristiliktəchizat" Açıq Səhimdar Cəmiyyəti, Rafiq Əliyev

Əsas mövzular