10:48 23 Fevral 2018
Canlı yayım
Təzə bulvar ərazisinə istirahətə çıxan hər kəs günün istənilən saatında peşəkar və həvəskar balıqçılarla rastlaşa bilər

Xəzərə həsrət qalmış Bakı balıqçıları: "Özlərini bizim yerimizə qoysunlar"

© Sputnik / Fuad Hasanov
CƏMİYYƏT
Qısa URL
73011

Bulvar ərazisinin böyüklüyünə və imkanlarına baxmayaraq, balıq tutanlar üçün olduqca kiçik və darısqal bir yer ayrılıb

BAKI, 22 sen — Sputnik. Təzə bulvar ərazisinə istirahətə çıxan hər kəs günün istənilən saatında peşəkar və həvəskar balıqçılarla rastlaşa bilər. Yaşlısından tutmuş cavanına qədər, bu işi özünə hobbi seçənlər də var, gündəlik qazancını çıxaranlar da. Kimisi ancaq boş vaxtlarında, kimisi isə hər gün səhərdən axşama, gecədən səhərədək balıq ovuna gəlir.

İsmayıl Məmmədov da bu peşəyə aşiq olanlardandır. Cəmi 20 yaşı olmasına baxmayaraq, o, həvəskar yox, artıq peşəkar balıqçıdır. Dediyinə görə, ilk dəfə balıq tutanda cəmi 12 yaşı olub.

"Bu işi mənə atam öyrətdi. Balığa çıxdığım ilk gün qarmağıma 2 ədəd kifal balığı düşmüşdü. Əslində elə də çətin bir şey deyil. Sadəcə olaraq, suyun üzünə atdığınız "poplavok"a diqqətlə baxmağınız bəs edir. Əgər poplavok tərpənirsə, ya da suya batırsa, "jilka"nı dərhal yuxarı qaldırmaq lazımdır. Çünki poplavokun altında qarmaqların ucuna bağladığınız çörəyi, ya da qurdu balıq yeməyə başlayanda poplavok tərpənməyə, batmağa başlayır. Diqqətli və səbrli olmaqla çoxlu balıq tutmaq mümkündür" — İ. Məmmədov deyir.

Balıqçının sözlərinə görə, hazırda balıq tutmaq üçün əsl vaxtdır: "Sentyabr ayından dekabrın əvvəllərinə qədər sahildə çoxlu balıqlar olur. Əlbəttə, söhbət iri balıqlardan getmir. Orta ölçülü kifal, boblar və s. nəzərdə tuturam. Yay aylarında da balıq olur, amma istiyə görə çox adamın hövsələsi çatmır. Ona görə ən yaxşısı payızdır".

  • Boblar balığı
    Boblar balığı
    © Sputnik / / Fuad Hasanov
  • İsmayıl Məmmədov
    İsmayıl Məmmədov
    © Sputnik / Fuad Hasanov
  • Cəmi 20 yaşı olmasına baxmayaraq, o, həvəskar yox, artıq peşəkar balıqçıdır
    Cəmi 20 yaşı olmasına baxmayaraq, o, həvəskar yox, artıq peşəkar balıqçıdır
    © Sputnik / Fuad Hasanov
  • Təzə bulvar ərazisinə istirahətə çıxan hər kəs günün istənilən saatında peşəkar və həvəskar balıqçılarla rastlaşa bilər
    Təzə bulvar ərazisinə istirahətə çıxan hər kəs günün istənilən saatında peşəkar və həvəskar balıqçılarla rastlaşa bilər
    © Sputnik / Fuad Hasanov
  • Kifal balılğı
    Kifal balılğı
    © Sputnik / Fuad Hasanov
  • Yaşlı bir balıqçı oturacaqda yuxulayıb
    Yaşlı bir balıqçı oturacaqda yuxulayıb
    © Sputnik / Fuad Hasanov
  • Bayıl qəsəbə sakini Sədrəddin Əliyev
    Bayıl qəsəbə sakini Sədrəddin Əliyev
    © Sputnik / Fuad Hasanov
1 / 7
© Sputnik / / Fuad Hasanov
Boblar balığı

Balıq tutmağın ən az balıq yemək qədər faydalı olduğunu söyləyən İsmail bildirir ki, boş vaxtların balıq ovuna sərf edilməsi yorğunluq və stressi aradan götürür. O, Bakıda balıq tutmaq həvəsində olanların sayca çox olduğunu, ancaq bu işi görmək üçün yetərli şəraitin, daha doğrusu yerin olmadığını söyləyir: "Əgər mən Bayıl qəsəbəsində qalıramsa, balıq tutmaq üçün niyə şəhərdən kənara çıxmalıyam? Axı dənizin bir sahili də mənim evimin ağzındadır. Özünüz də görürsünüz, təzə bulvarın ərazisi çox böyükdür. Ancaq təəssüf ki, bu qədər balıqçıya cəmi 100 metr yer ayırıblar ki, balığı ancaq burda tutun".

Doğrudan da, bulvar ərazisinin böyüklüyünə və imkanlarına baxmayaraq, balıq tutanlar üçün olduqca kiçik və darısqal bir yer ayrılıb. Bu da balıqçıların məhsuldar ov etməsinə maneə yaradır.

40 ildir balıqçılıqla məşğul olduğunu deyən, Bayıl qəsəbə sakini Sədrəddin Əliyev də aidiyyəti dövlət orqanlarına səslənərək, onlara daha geniş ərazidə balıq tutmağa şərait yaradılmasını istəyib: "Baxın, mən çox səmimi adamam. Mənim düşüncəmdə bütün insanlar bərabərdir. Siz elə bilirsiz ki, hökumət adamlarının içində balıq tutmaq həvəsində olanlar yoxdur? Var. O qədər var ki. Əlbəttə, onlar bizim kimi əlinə qarmaq alıb bura gələsi deyil! Onların da öz getdikləri yerlər var. Özü də çox rahat və geniş yerlər".

"İndi onlardan xahiş edirəm, gəlsinlər, heç yaxından demirəm, uzaqdan bizim balıq tutduğumuz yerə baxsınlar. Özlərini qoysunlar bizim yerimizə. O zaman inanıram ki, bizə yardım edəcəklər, daha geniş yer ayıracaqlar" — balıqçı təklif edir.

Reportaj əsnasında diqqətimizi çəkən bir şey də, yaşlı bir balıqçının oturacaqda yuxulaması oldu. Peşə dostlarının dediyinə görə, həmin yaşlı balıqçı günün yarıdan çoxunu burada keçirir.

Əlaqədar

Azərbaycanda ağır çəkili balıq yetişdirilməsinə başlanıb
Qayığını xilas etmək istəyən balıqçı 100 milyonluq qənimət tapdı
Təbiət və balıq ovu həvəskarları üçün şəhərdən kənarda istirahət
Üzə bilən, balıq yeyən yeni hörümçək kəşf edilib
Qanunsuz balıq ovu ilə bağlı irimiqyaslı reydlərə başlanılıb
Teqlər:
Sədrəddin Əliyev, İsmayıl Məmmədov, balıqçı, bulvar, dəniz, Xəzər, balıq

Əsas mövzular