12:37 16 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
CƏMİYYƏT
Qısa URL
114901

AYB sədri: Ümid edirəm ki, Rüstəm düşünüb, daşınıb belə bir ərizəni yazmayacaq, Birliyin üzvü olaraq qalacaq və inşallah gələn il 60 yaşını xoş məramla qeyd edəcəyik.

BAKI, 15 sen-Sputnik. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar qurumdan istefa vermək istəyən şair Rüstəm Behrudiyə barışıq təklifi ünvanlayıb.

Birlik sədri "Yeni Müsavat" qəzetinə müsahibəsində R.Behrudinin birlikdən ayrılmasına təəssüf etdiyini deyib: "Birlikdən rəsmi çıxmaq üçün ərizə yazılmalıdır. Ümid edirəm ki, Rüstəm düşünüb, daşınıb belə bir ərizəni yazmayacaq, Birliyin üzvü olaraq qalacaq və inşallah gələn il 60 yaşını xoş məramla qeyd edəcəyik".

Rüstəm Behrudi aznews.az-a açıqlamasında Anarın barışıq təklifinə cavab verib: "Mən Anar müəllimə təşəkkür edirəm. O mənim üçün həmişə böyük bir ziyalı, örnək olub. Ancaq o yaşda bir adam deyiləm ki, qərarlarımı dəyişəm. 18 yaşda bir uşaq deyil, 59 yaşda bir şairəm.

Mən Yazıçılar Birliyini tərk elədim, vəssalam. Kişiyəm, kişi sözü bir dəfə deyər. Anar müəllimi çox istəyirəm. Özü də onunla bir problemim yoxdur. Sadəcə özüm çıxdım və bunu ictimaiyyətə bəyan elədim".

Xatırladaq ki, R.Behrudi AYB-dən istefa verdiyini açıqlayıb.

Əlaqədar

Yazıçılar Birliyində adamlar özlərini təbrik etdirirlər
Salam Sarvan Yazıçılar Birliyindən çıxıb
Teqlər:
Anar Rzayev, Rüstəm Behrudi, Azərbaycan Yazıçılar Birliyi

Əsas mövzular

  • Rusiya ilə sərhəd

    Rusiya Federasiyasının (RF) "Beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsinə dövlət nəzarəti və həmin daşımaların icrası qaydalarının pozulmasına görə məsuliyyət haqqında" federal qanunvericiliyində dəyişiklik edilib.

    8
  • Rejissor Eldar Quliyev

    Eldar Quliyev 1941-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

    488
  • Direktor, arxiv şəkli

    Ekspertin fikrincə, bəzi məmurlar məktəb rəhbərlərinin kim olmasına qəsdən göz yumurlar. Belə olan halda isə keyfiyyətdən danışmaq mümkün deyil.

    1086